Paşinyanın psixoloji problemləri var, bu suala nə vaxt cavab veriləcək?

2020/01/215c8-1579001656.jpg
Oxunub: 2137     16:07     14 Yanvar 2020    
Hələ 2018-ci ildə Ermənistanda baş tutan hakimiyyət dəyişikliyindən sonra Paşinyanın bəzi emosional açıqlamalarından sonra sosial mediada onun psixoloji problemləri olduğu və müntəzəm olaraq dərmanlar qəbul etməsi barədə fikirlər yayılırdı.

Hakimiyyət dəyişikliyindən bir neçə ay sonra Paşinyanın psixoloji problemləri olduğunu və Ermənistana təhlükə yaratdığını iddia edən bir neçə təşəbbüs səslənib.

“Paşinyan təkəbbürlü bir aldanışa sahibdir. Bu şəxsin psixiatriya klinikasında müayinəsinə ehtiyacı var və bunun üçün vəsait toplayırıq. İnsanlar Paşinyanın ruhi sağlamlığının müayinədən keçirilməsi təkidi ilə imzalayırlar, o, ruhi cəhətdən sağlam deyil”, - deyə İrəvan meriyasının keçmiş üzvü Marina Xaçatryan, bir neçə ay əvvəl keçirdiyi mətbuat konfransında, Paşinyanın psixoloji vəziyyətini yoxlamaq üçün müayinə aparılmasının lazım olduğunu vurğulayarkən bildirib.

Daha sonra mətbuatda keçmiş MTX rəisi Vanetsyanda Paşinyanın müəyyən psixi problemləri olduğunu sübut edən bir sənəd olduğu barədə məlumatlar ortaya çıxdı. Sənəd MTX rəisi üçün Paşinyan hökumətində işləməməyə qərar verməsinə görə son damcı olub. Gələcəkdə nəyin baş verəcəyini anlayan Vanetsyan, Paşinyanın hərəkətlərinə görə məsuliyyəti öz boynuna götürməkdən imtina edib.

Vanetsyan Paşinyanın qeyri-adekvat vəziyyətinə dair yaydığı açıqlamasına da işarə edib.

“Dövlət quruculuğunun öz məntiqi var, qərarların spontanlığı, fəaliyyətlərin çevikliyi, ikinciliyin prioriteti və keçicinin isə qalıcıdan fərqlənməməsi üzrə davranış tərzi hədəflərə çatmağa aparan yol deyil. Zabit ləyaqəti ilə heç bir ümumi əlaqəsi yoxdur. Zabitin rütbəsi və hadisələrin bu cür inkişafı uyğun deyil. İstefam, “Dur” üçün düşündürücü bir addım olsun və bütün digər sahələrdə ölkə qarşısında borc qalib gələcək”, - deyə o qeyd edib.

Dünən Paşinyanın psixi sağlamlığı ilə bağlı məsələlərə Ermənistanın “Hayakakan Jamanak” nəşri də toxunub.

“Növbəti vacib istiqamət aşağıdakılardır, “Facebook”da feyklər vasitəsilə Paşinyanın ruhi pozğunluğu, çox güman ki, bir ruhi xəstə olması barədə şayiələrin yayılması, onun siyasəti nəticəsində 2018-ci ilin oktyabr ayında müharibə başlayacaq və iki gün ərzində 30.000 insan ölümünə səbəb olacaq”, - deyə nəşrdə dərc olunan məqalədə deyilir.

ABŞ prezidenti Donald Trampın qeyri-adekvat davranışından sonra Paşinyanın səhhətindəki problemlərlə bağlı şayiələr yenidən güclənməyə başlayıb. Bir çoxları Paşinyanın əslində psixoloji problemləri varsa, o zaman dövlətin milli təhlükəsizliyi təhlükə altındadır deyə düşünür.

Bütün bunlardan sonra, hətta Paşinyanın ailə qəzetində onun ruhi sağlamlığı ilə bağlı ictimai müzakirələrin olduğunu etiraf etməsi bir həqiqətdir. Belə olan halda nə problem var ki, Paşinyan bu mövzunu birdəfəlik bağlamaq üçün nüfuzlu beynəlxalq klinikada müayinədən keçmir?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ruhi-Xəstə  

Paşinyanın psixoloji problemləri var, bu suala nə vaxt cavab veriləcək?

2020/01/215c8-1579001656.jpg
Oxunub: 2138     16:07     14 Yanvar 2020    