Qətlə yetirilən erməni əsgərinin varisinə sənədlər verilmir - DETALLAR

2020/01/IMG_2-1578999407.jpg
Oxunub: 2810     17:54     14 Yanvar 2020    
Ötən il sentyabrın 28-də işğal altında olan Qarabağın Madagiz yaşayış məntəqəsində yerləşən qanunsuz “hərbi birləşmə”nin hərbi 33651 nömrəli hərbi hissəsində qətlə yetirilən Arman Levonyanın işi üzrə İstintaq Komitəsinin 2-ci qarnizon istintaq idarəsində ibtidai istintaq davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi qulluqçunun yaxınlarına müstəntiqlərin qərarları verilmir.

Həmin qərarlardan qətlə yetirilən hərbi qulluqçunun yaxınları hadisə yerində aşkar edilən əşyalar, Armanın hansı silahla qətlə yetirilməsi, təyin edilən ekspertizalar və sairə barədə məlumat əldə etmə imkanları ola bilərdi.

Xatırladaq ki, Arman Levonyanın cəsədi döş qəfəsində odlu silah yarası ilə aşkar edilmişdi. Açılan atəşin istiqamətinin yuxarıdan aşağıya doğru olduğu bildirilir. CM-nin qətl maddəsi üzrə cinayət işi açılıb. Hadisə üzrə döyüş postunun başçısı həbs edilib.

Qətlə yetirilən hərbi qulluqçunun varislərinə verilən yeganə sənəd, məhkəmə tibbi ekspertizasının rəyidir. Həmin rəyə əsasən erməni hərbi qulluqçunun qətlə yetirilməzdən iki gün öncə zorakılığa məruz qaldığı məlum olur.

“Bizə yalnız məhkəmə tibbi ekspertizasının rəyi təqdim edilib. Biz döyülmə faktı barədə bu sənəddən məlumat əldə etdik. Armanın iki barmağı qırılmış halda olub, baş nahiyyəsində yara var. Qabırğa nahiyyələrində sınıqlar var”, - deyə Arman Levonyanın atası Armen Levonyan bildirib.

O, bu xəsarətlərin nə ilə izah edildiyini müstəntiqlərdən soruşduqlarını qeyd edib.

“Müstəntiq deyir ki, ola bilər, yıxılıb barmaqları qırılıb. Biz bir şeyi bilirik ki, bizim övladımızı qətlə yetiriblər və qatili tapa bilmirlər. Atəş edən naməlumdur. Onunla bərabər postda olanlar azadlıqdadır və tezliklə təxris ediləcəklər”, - deyə qətlə yetirilən erməni hərbi qulluqçunun atası bildirib.

O, istintaqın gedişatından narazıdır. Qətl hadisəsindən artıq 4 ay keçməsinə baxmayaraq, heç olmasa qətli kim və niyə törətdiyi barədə təqribi də olsa hər hansı bir məlumata malik deyillər.

Cinayət işi üzrə ekspertizalar təyin edilib, Levonyanın yaxınları ekspertizanın rəylərini gözləyirlər.

Qətlə yetirilən erməni hərbi qulluqçunun anası Hrimpsime Mikaelyan bildirib ki, oğlu ilə hər gün telefon əlaqəsində olub. Ancaq heç vaxt hərbi hissədə hökm sürən vəziyyətdən narazılıq etmədiyini qeyd edib.

“O, hərbi xidmətdən nə razı, nə də narazı idi, nə vaxt “Necəsən”, deyə soruşduqda, “Normalam”, deyə cavab verərdi. Ordu barədə heç bir artıq kəlmə deməzdi”, - deyə qətlə yetirilən Levonyanın anası bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar   Cinayət  

Qətlə yetirilən erməni əsgərinin varisinə sənədlər verilmir - DETALLAR

2020/01/IMG_2-1578999407.jpg
Oxunub: 2811     17:54     14 Yanvar 2020    