Erməni fərarinin anası: “Erməni xalqından narazıyam, öz əsgərlərini tez unudurlar”

2019/08/14014-1565950752.jpg
Oxunub: 1576     11:51     14 Yanvar 2020    
Ötən ilin avqust ayında mövqelərimizə keçmiş erməni hərbi qulluqçu Arayik Qazaryanın anası Karine Qazaryan Ermənistanın dövlət strukturlarından narazılıq ifadə edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni fərarinin anası oğlu haqqında son məlumatı 2019-cu il dekabrın 13-də Qırmızı Xaç vasitəsilə aldığını, lakin Ermənistan Müdafiə Nazirliyi və ya Xarici İşlər Nazirliyinin hər hansı xəbər bildirmədiyini qeyd edib.

Məlum olduğu kimi, bundan öncə Bakı Azərbaycanda həbs olunan Karen Qazaryan və Arayik Qazaryanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsinə hazır olduğunu bildirib.

Ermənistan tərəfi isə Bakının “hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifindən imtina edib.

“Biz getsək də, eyni şeydir, heç nə demirlər. Müdafiə Nazirliyindən bizə deyirlər ki, gedin, yenilik olanda zəng edəcəyik, gözləyirik, lakin boş yerə. Arayik məktubunda hamımızın Yeni ilini təbrik edirdi. Sağlamlığına gəlincə, deyir ki, zorakılıq izləri yoxdur”,- deyə Qazaryanın anası bildirib.

Karine Qazaryan həmçinin bildirib ki, erməni xalqından narazıdır.

“İki dəfə Baş nazirə məktub yazmışam, qəbul etməyib. Ümumiyyətlə, hamıdan narazıyam, öz əsgərlərini tez unudurlar”, - deyə erməni fərarinin anası bildirib.

Xatırladaq ki, zorakılığa məruz qalaraq fərarilik etmiş, 2000-ci il təvəllüdlü, erməni hərbi qulluqçu Arayik Qazaryan isə bu ilin avqustun 12-də, saat 12:00 radələrində Füzuli rayonu istiqamətində bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Erməni fərarinin anası: “Erməni xalqından narazıyam, öz əsgərlərini tez unudurlar”

2019/08/14014-1565950752.jpg
Oxunub: 1579     11:51     14 Yanvar 2020    