Tramp sərhəd divarını maliyyələşdirmək üçün Pentaqonun büdcəsindən istifadə etmək niyyətindədir

2020/01/32432-1578989433.jpg
Oxunub: 882     12:47     14 Yanvar 2020    
ABŞ Prezidenti Donald Tramp bu il ABŞ-Meksika sərhəd divarını maliyyələşdirmək üçün Pentaqonun büdcəsindən 7.2 milyard dollar ayırmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın “Washington Post” nəşri yazıb.

Qeyd olunur ki, nəzərdə tutulan vəsait Konqresin 2019 və 2020-ci il federal büdcəsində layihəyə ayrılan 1.4 milyard dollardan beş qat daha artıqdır.

Xatırladaq ki, ABŞ prezidenti ölkənin cənub sərhədlərindən gələn “narkotiklərlə, insan alverçiləri ilə, bütün növ cinayətkarlar və dəstələrlə” mübarizə aparmaq üçün sərhəd divarı tikilməsinin lazım olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tramp   Pentaqon  

Tramp sərhəd divarını maliyyələşdirmək üçün Pentaqonun büdcəsindən istifadə etmək niyyətindədir

2020/01/32432-1578989433.jpg
Oxunub: 883     12:47     14 Yanvar 2020    