Erməni KİV-ləri: Rusiya Permyakovun saxlanma yeri barədə məlumatları gizlədir

2020/01/Permy-1578987285.jpg
Oxunub: 1070     11:27     14 Yanvar 2020    
Yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin öldürülməsinin 5-ci il ili tamam olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cinayət işində ittiham olunan, Gümrüdə yerləşən 102-ci rus hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakov 2016-cı il avqustun 23-də ömürlük həbs cəzasına məhkum edilib, lakin cinayət işinin əsl səbəbi o qədər də aşkara çıxarılmayıb.

Məhkəmə iclasları Şirak vilayəti ümumi yurisdiksiya məhkəməsində deyil, rus hərbi bazası ərazisində keçirilib. İlkin istintaq zamanı müttəhim Permyakov hərbi baza ərazisində qalıb və Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməyib.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sədri Artur Sakunts və təşkilatın vəkili Arayik Zalyan bu işdə öldürülmüş Araksya Poğosyanın hüquqi varisləri Andranik Poğosyan və Narine Poğosyanın maraqlarını təmsil edir.

Sakunts və Zalyan məhkəmə qərarına qarşı təqdim olunmuş apellyasiya şikayətində istintaqın nöqsanlarla həyata keçirilməsi barədə xəbərdarlıq edib, bunlarla bağlı vəsatətlər təqdim edib, lakin hakim H. Movsisyan vəsatətləri ardıcıl olaraq rədd edib və onları əsassız hesab edib.

Məhkəmə qərarına qarşı təqdim olunmuş apellyasiya şikayəti rədd olunub, kassasiya şikayətinin icraatı isə qəbul edilməyib. Poğosyanların nümayəndəsi Zalyan Ermənistan və Rusiyaya qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşama hüququ) və 13-cü (Hüquqi müdafiənin səmərəli vasitəsi hüququ) maddələri şikayətin əsasında durur.

Şikayətdə qeyd edilib ki, iki dövlət öz pozitiv öhdəliklərini yerinə yetirməyib və Avetisyanlar ailəsinin yaşama hüququna qarşı təhlükənin qarşısını almayıb, istintaq obyektiv olmayıb, cinayət işi tam şəkildə aşkara çıxarılmayıb.

Rusiya Federal Cəza Çəkilməsi Xidməti göndərilən sorğuya cavab olaraq Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş Valeri Permyakovun cəzaçəkmə yeri barədə məlumat verməkdən imtina edib və Rusiya qanunvericiliyinə istinad edib.

“Məhkumların şəxsi məlumatları, şəxsi iş materialları və ya digər kontakt məlumatı ilə əlaqəli olan məlumatların verilməsi 2006-cı il 27 iyul tarixli №152F3 nömrəli Rusiya Federasiyası Məcəlləsinin “Şəxsi məlumatlar haqqında” qanununa ziddir”,- deyə Rusiya Federal Cəza Çəkilməsi Xidmətinin mətbuat bürosunun cavabında qeyd edilib.

Həmçinin 2018-ci ilin dekabrında Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi rus hərbi bazasının hərbi qulluqçusu A. Razqildeyevin döyməsindən sonra ölmüş gümrülü C. Qukasyanın hüquqi varisinin hüquqlarının müdafiəsini öz üzərinə götürüb.

Razqildeyev də Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməyib və Ermənistan həbsxanasında saxlanılmır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Permyakov   Gümrü   Rusiya  

Erməni KİV-ləri: Rusiya Permyakovun saxlanma yeri barədə məlumatları gizlədir

2020/01/Permy-1578987285.jpg
Oxunub: 1071     11:27     14 Yanvar 2020    