Böyük Britaniya soyuq müharibə illərində “Reuters”i maliyyələşdirib

2020/01/reute-1578980646.jpg
Oxunub: 909     13:47     14 Yanvar 2020    
Böyük Britaniya hökuməti sovet təbliğatına qarşı mübarizə aparmaq üçün ötən əsrin 60-70-ci illərdə “Reuters” xəbər agentliyini gizli şəkildə maliyyələşdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, yarım əsr əvvəl açıqlanmayan və Britaniya Milli Arxivi tərəfindən yayımlanan gizli sənədlərdə göstərilib.

Bildirilib ki, baş ofisi Londonda olan agentlik maliyyə çətinliyi yaşadığına görə təklifə razılıq verib. Nəticə etibarı ilə agentlik təqribən 30 il Böyük Britaniya xarici işlər nazirliyinin strukturundakı siyasi təbliğata cavabdeh olan şöbənin məlumatlarını dərc edib.

“Reuters”in beynəlxalq nüfuzuna xələl gəlməsin deyə agentliyin Latın Amerikasındakı şöbəsi saxta şirkət vasitəsi ilə və Yaxın Şərqdəki bölməsi isə “Reuters” xəbərlərinə abunə üçün daha çox pul ödəməyə başlayan BBC vasitəsilə maliyyələşdirilib.

Agentliyə ödənilən məbləğin mənşəyinin BBC-nin baş direktoru Çarles Karran daxil olmaqla cəmi üç nəfər bilib. Sənədlərdə qarşılıqlı əməkdaşlığın nə qədər davam etdiyi və 1977-ci ildə təbliğat şöbəsi ləğv olunduqdan sonra nələrin baş verdiyi barədə məlumat yoxdur.

Gizli sənədləri şərh edən BBC mövcud olan “əməkdaşlığı” pisləyib, gizli razılaşmanın yayım korporasiyasının işinin əsas prinsiplərini pozduğunu bildirib. Böyük Britaniya xarici işlər nazirliyi məlumata münasibət bildirməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Böyük-Britaniya   Reuters  

Böyük Britaniya soyuq müharibə illərində “Reuters”i maliyyələşdirib

2020/01/reute-1578980646.jpg
Oxunub: 910     13:47     14 Yanvar 2020    