Cənubi Koreya prezidenti: "ABŞ və KXDR arasında dialoqun yenidən başlaması ehtimalı hələ də mövcuddur"

2018/09/14568-1537940316.jpg
Oxunub: 605     11:14     14 Yanvar 2020    
KXDR və ABŞ arasındakı dialoqdakı durğunluğa baxmayaraq, Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinin həllinə dair perspektivlər qalmaqdadır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Mun Çje İn Seuldakı iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib.

“Düşünürəm ki, hazırda optimizmə səbəb olmadığına baxmayaraq, Şimali Koreya ilə ABŞ arasındakı dialoqa pessimist yanaşmaq hələ tezdir”, - Mun Çje İn belə deyib.

O, iki ölkə liderləri Kim Çen In və Donald Tramp arasında etimadın olduğunu və bu yaxınlarda isə Trampın ad günü münasibətilə şimali koreyalı həmkarına təbrik mesajı göndərdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Koreya   ABŞ   Danışıqlar  

Cənubi Koreya prezidenti: "ABŞ və KXDR arasında dialoqun yenidən başlaması ehtimalı hələ də mövcuddur"

2018/09/14568-1537940316.jpg
Oxunub: 606     11:14     14 Yanvar 2020    