Həftər atəşkəs haqqında razılığa imza atmadan Moskvanı tərk edib

2019/07/-1x-1-1562932424.jpg
Oxunub: 939     09:57     14 Yanvar 2020    
Xəlifə Həftər atəşkəs haqqında sazişi imzalamadan Moskvanı tərk edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Həftər və Liviya Nümayəndələr Palatasının spikeri Akila Saleh İsa Liviyanın Milli Razılıq Hökuməti Faiz Sarracla atəşkəs razılaşması imzalamadan Moskvadan ayrılıb.

“Nümayəndələr Palatasının spikeri və Liviya Ərəb Silahlı Qüvvələrinin Baş Komandanı Tripolinin paytaxtında qeyri-konstitusional Milli Razılıq Hökumətinin başçısı Faiz Sarracla və onun heyəti ilə atəşkəs və ya qoşunların ordunun işğal etdiyi ərazilərdən çıxarılmasını təmin edən heç bir razılaşma imzalamadan Liviya istiqamətində Rusiyanın paytaxtı Moskvanı tərk edib”, - deyə liviyalı mənbə bildirib.

Qeyd edək ki, Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri ayrı-ayrılıqda Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Həftər və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs sazişinin imzalanması ilə bağlı danışıqlar aparıblar.

Bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac atəşkəslə bağlı sənədi imzalayıb. Lakin, Həftər sabaha kimi vaxt istəyib.

Bunun Tripolinin cənubunda silahlı qarşıdurmaların yenidən başlaması fonunda baş verdiyi qeyd olunur. “Al Hadath” televiziya kanalı Liviya ordusunun “qələbə əldə etməyə hazır və qətiyyətli olduğunu” bəyan etməsilə bağlı açıqlamasına istinadən bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Həftər   LMO  

Həftər atəşkəs haqqında razılığa imza atmadan Moskvanı tərk edib

2019/07/-1x-1-1562932424.jpg
Oxunub: 940     09:57     14 Yanvar 2020    