Ağstafada minaatan mərmiləri tapılıb

2020/01/1578932431.jpg
Oxunub: 1524     19:54     13 Yanvar 2020    
Ağstafa rayonunda mərmilər aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Ordu.az-a bildirilib ki, yanvarın 13-ü saat 14:57-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 2 ədəd minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və ərazidə otlaq sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunub, ətrafında 200 kv.m əraziyə yerüstü baxış zamanı əlavə olaraq 2 ədəd də təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40 M13 İN) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ağstafa   ANAMA  

Ağstafada minaatan mərmiləri tapılıb

2020/01/1578932431.jpg
Oxunub: 1525     19:54     13 Yanvar 2020    