Paşinyanın erməni ordusunda qeydə alınmış itkilər barədə saxtakarlığı - RƏQƏMLƏR

2020/01/9b7a8-1578916435.jpg
Oxunub: 2032     16:13     13 Yanvar 2020    
Yanvarın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində qeyd yazıb ki, Ermənistan ordusunda itkilərin tarixi minimumu qeydə alınıb.

"2019-cu ildə Ermənistan ordusunda (bütün səbəblərlə) qurbanların tarixi minimumu qeydə alınıb. Yəni, bizim ordumuzda heç vaxt 2019-cu ildəkindən daha az qurban olmayıb", - deyə Paşinyan öz qeydində bildirib.

2018-ci ildə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi rəsmi mənbələr, KİV-lər və bəzi hallarda ölmüş hərbi qulluqçuların yaxınlarından alınmış məlumatlara əsaslanaraq 1994-cü ildən bəri Ermənistan ordusunda qeydə alınmış itkilərlə bağlı geniş hesabat nəşr edib.

Son on ildə Ermənistan ordusunda döyüş və qeyri-döyüş şəraitində qeydə alınmış itkilərlə bağlı məlumatları araşdırarkən məlum olub ki, bu illər ərzində Ermənistan ordusunda qeydə alınmış itkilər 2019-cu ildə qeydə alınmış 49 ölüm hadisəsindən aşağı olub.

Beləliklə, 2013-cü ildə 31, 2014-cü ildə 45 ölüm halı qeydə alınıb. Bu barədə "Faktların Yoxlanılması Platforması" yazıb.

Hesabata əsasən, bundan əlavə 2000-ci illərin əvəllərinin statistikası göstərir ki, 2003-2007-ci illərdə ölüm hadisələrinin sayı aşağı olub. "Sivilitas" fondunun analitiki Tatul Hakobyan məlumatları Ermənistan Müdafiə Nazirliyi və digər dövlət strukturları, o cümlədən Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, "Sülh Dialoqu" təşkilatı, "Razm.info" saytı və başqa strukturlar tərəfindən təqim olunmuş məlumatlar əsasında toplayıb.

Araşdırmaya görə, Ermənistan ordusunda 2003-cü ildə 40, 2004-cü ildə 38, 2005-ci ildə 47, 2006-cı ildə 33 (Hərbi Prokurorluğa görə 36), 2007-ci ildə 31 (Hərbi Prokurorluğa görə 50) ölüm hadisəsi qeydə alınıb.

Əslində, Ermənistanın Baş naziri Nikol Paşinyan ictimaiyyətə növbəti dəfə yalan danışıb və reallığa uyğun gəlməyən məlumatlar təqdim edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan-ordusu   Yalan  

Paşinyanın erməni ordusunda qeydə alınmış itkilər barədə saxtakarlığı - RƏQƏMLƏR

2020/01/9b7a8-1578916435.jpg
Oxunub: 2035     16:13     13 Yanvar 2020    