Erməni jurnalistlər Paşinyanın KİV-lərə təzyiqlərindən narahatdır

2019/12/Nikol-1577441123.jpg
Oxunub: 854     10:38     14 Yanvar 2020    
“Ümid edirdim ki, Paşinyan hakimiyyətindən media sahəsi nümayəndələrinə qarşı təqiblərdən başqa hər şey gözləmək olar, çünki KİV-lərin təqib edilməsinin ağır nəticələrini, habelə yolverilməzliyini öz dərisində hiss etmiş olduğunu başa düşməli olan bir insanla işimiz var”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Ani Hovhannisyan öz “Facebook” səhifəsində KİV-lərə edilən təzyiqlərə toxunub.

O, əminliklə bildirib ki, Paşinyan Ermənistanın media sahəsi nümayəndələrinə qarşı həyata keçirilmiş təqiblərdən yaxşı xəbərdardır.

“Təəssüf ki, elə bir vəziyyətə şahid oluruq ki, Paşinyanın hakimiyyəti altında media nümayəndələrinə qarşı müxtəlif xarakterli təqiblər, KİV-lərin qaralara və ağlara bölmək, jurnalistləri özününkü və düşmənə ayırmaq, düşmən elan olunmuş KİV-lər üzərinə hücumlar, ləkələmə cəhdləri və s. artıq normal olur. Bu vəziyyətin yeganə cavabdehi məhz Nikol Paşinyandır”,- deyə Hovhannisyan öz səhifəsində yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Paşinyan  

Erməni jurnalistlər Paşinyanın KİV-lərə təzyiqlərindən narahatdır

2019/12/Nikol-1577441123.jpg
Oxunub: 855     10:38     14 Yanvar 2020    