Paşinyanın yalanı

2020/01/10260-1578909875.jpg
Oxunub: 1692     15:32     13 Yanvar 2020    
“Gürcüstanın İqtisadiyyat naziri cavab verəndə bənzər vəziyyətin yaranmaması üçün Paşinyan ÜDM göstəriciləri barədə əsaslı, yoxlanmış bəyanat verməli idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni iqtisadçı ekspert Vardan Bostancyan deyib.

Onun sözlərinə görə, bu cür bəyanatlar xüsusilə icra hakimiyyəti rəhbəri səviyyəsində yalnız peşəkar dairələr tərəfindən təsdiq alması halında verilməlidir.

Xatırladaq ki, yanvarın 6-da Ermənistanın Baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində bildirib ki, Ermənistan adambaşına düşən ÜDM göstəricisinə görə Gürcüstanı keçib.

Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava Paşinyana cavab olaraq qeyd edib ki, bu, yanlış qiymətləndirmədir və elementar metodoloji məsələlər nəzərə alınmayıb.

Bostancyanın sözlərinə görə, Paşinyan bu addıma getməməli və manipulyativ bəyanatlar verməməli idi.

“O demək istədi ki, biz yaxşıyıq, lakin yaxşısınızsa, onda nə üçün ermənistanlıların böyük bir hissəsi Yeni ili Tiflisdə qeyd edirlər?”,- deyə Bostancyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Gürcüstan  

Paşinyanın yalanı

2020/01/10260-1578909875.jpg
Oxunub: 1693     15:32     13 Yanvar 2020    