Ermənistan XİX “1 Mart” hadisəsində ittiham olunan polkovniki unudub

2020/01/890-1578909160.jpg
Oxunub: 1273     17:50     13 Yanvar 2020    
“1 Mart” işinin icraatını həyata keçirən orqan qeyd edilən iş üzrə Zakar Hovhannisyanın ölümündə ittiham olunan, polis qoşunlarının keçmiş qərargah rəisi, polkovnik Qeğam Petrosyanı 5 aydan çoxdur ki, unudub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Petrosyanın vəkili Vağarşak Gevorqyan icraatı həyata keçirən orqanın ümumiyyətlə onlarla bağlı hər hansı istintaq əməliyyatı aparmadığını bildirib.

Onun sözlərinə görə, iş necə idisə, elə də qalıb: “Bizi nə narahat edirlər, nə xatırlayırlar, nə də iş dayandırılıb”.

İşə xitam verilməsi barədə vəsatət təqdim etməyə hazırlaşması ilə əlaqədar verilən suala vəkil cavab verib ki, hələki gözləyir.

“İcraatı həyata keçirən orqanın hansı mövqeyi seçəcəyini görüm ki, ona uyğun istiqamətlənim. Hesab edirəm, işin dayandırılmasını mən xahiş etməməliyəm. Düşünürəm ki, cinayət işi icratının dayandırılması üçün onlar hər şey etməlidirlər, çünki bu, qanunladır, ədalətlidir və işin təfərrüatları bu cürdür”, - deyə Gevorqyan bildirib.

Qeyd edək ki, Qeğam Petrosyan 2008-ci il martın 1-də silahdan istifadə edərək Zakar Hovhannisyanı qəsdən öldürməkdə ittiham olunur. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi ilə (qanunsuz olaraq başqa birini qəsdən öldürmək) ittiham irəli sürülüb.

Ona qarşı həbs qətimkan tədbiri seçilib, lakin avqustun 4-də Qeğam Petrosyan iki aylıq həbs müddətinin başa çatmasına görə “İrəvan-Kentron” cəzaçəkmə müsəssisəsindən azadlığa buraxılıb, ilkin istintaq orqanı - Ermənistan Xüsusi İstintaq Xidməti isə müddətin başa çatması ilə bağlı vəsatət təqdim etməyib. Göründüyümüz kimi, bu günə qədər hər hansı başqa istintaq əməliyyatı həyata keçirilməyib.

Bundan öncə bildirilib ki, cinayət işi üzrə cinayət aləti olan silah tapılmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   XİX  

Ermənistan XİX “1 Mart” hadisəsində ittiham olunan polkovniki unudub

2020/01/890-1578909160.jpg
Oxunub: 1276     17:50     13 Yanvar 2020    