“Azərbaycan vəziyyətdən istifadə edəcək və hücuma başlayacaq”

2020/01/768-1578908997.jpg
Oxunub: 1740     15:53     13 Yanvar 2020    
“Son geosiyasi inkişaflar, xüsusilə də ABŞ və İran arasındakı çəkişmə Ermənistan üzərində də kifayət qədər ciddi nəticələrə malik ola bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Hayk Martirosyan deyib.

Martirosyan bildirib ki, İran hər yolla müharibədən yayınır.

“İranda bu cür mümkün müharibədən qətiyyəli qələbə ilə çıxmağın çətin olduğunu yaxşı başa düşürlər. Ermənistan artıq hər hansı yeni regional müharibədə tam tərəfsiz qala bilməz. İstəsək də, istəməsək də qırğınxanada ağ əlcək və köynəklərdə qalmaq mümkünsüzdür. Bıçaq və ya qan sizə də çatır. Belə bir ssenaridə ən təhlükəli hal odur ki, Azərbaycan böyük ehtimalla vəziyyətdən istifadə edəcək və hücuma başlayacaq. Hər halda, onlar hücuma çoxdan hazırlaşırlar”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

“Azərbaycan vəziyyətdən istifadə edəcək və hücuma başlayacaq”

2020/01/768-1578908997.jpg
Oxunub: 1741     15:53     13 Yanvar 2020    