Erməni hərbi qulluqçunun 16 yaşlı qızı öldürməsindən DETALLAR

2020/01/17751-1578392155.jpg
Oxunub: 1931     15:02     13 Yanvar 2020    
İrəvanda Ermənistan MN-in əməkdaşı Rafael Sukiasyan tərəfindən boğularaq qətlə yetirilən 16 yaşlı Sara Karapetyanın ölüm faktı ilə bağlı yeni detallar ortaya çıxıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 16 yaşlı qız 9-cu sinfədək Artaşatdakı 1 nömrəli məktəbdə təhsil alıb.

Məktəb direktoru Tina Markaryan bildirib ki, o, bu məktəbi bitirməyib, daha sonradan Vostan məktəbinə köçürülüb.

“Bizim məktəbdə o, sakit səssiz-səmirsiz, qeyri-davranış tərzinə malik olmayan, sakit uşaq olub”, - deyə o qeyd edib.

Vostan kənd məktəbinin direktoru Qeğam Arşakyan söhbət zamanı zamanı bildirib ki, Sara əla şagird olub.

“Çox əla uşaq olub, kifayət qədər yüksək təhsil səviyyəsi olub. Bu uşağa yəqin qayğı göstərən olmayıb. Bizim yanımıza 1 nömrəli məktəbdən köçürülüb. Anası kollektiv üzvləri ilə uyğunlaşmayıb və sənədlərini bizim yanımıza köçürməyə qərar verib. Şəxsən mənim nəzarətimdə olub. Sinif rəhbəri ilə bərabər bu uşaqda davranış tərzinə dair yox, məktəbə davamiyyəti baxımından təmkinliyə nail olmuşuq. O, məktəbə çətin davamiyyət edən uşaq idi. Yəqin valideynləri barmaqarası yanaşırdılar, məktəbə gətirdilər, lakin uşaq məktəbdən yayınmağa başladı. Sinif rəhbərini onların evinə göndərmişəm. Qayğı göstərən ailə deyildi. Bu qadın sanki ikinci dəfə ailə qurmuşdu. Artaşatdan olan kişi idi, uzaqdan tanıyırdım, fəhlə idi, gəldi, dedim ki, Sara məktəbə gəlmir, hər səhər məktəbə gətirib, aparmağa vəd verdi. Bir neçə gün gətirib, apardı və daha sonra atası Rusiyaya getdi və elə də... Uşaq vahid imtahanlardan ən yüksək bal toplayıb.

7 şagird Artaşat dövlət kollecinə sənədlər vermək üçün məktəbdən ərizələri əsasında çıxdı. Həmin 7 nəfərdən 6-cı müsabiqəni keçə bilməyib, geri məktəbə qayıdıb. Həmin 7 nəfərdən kollecə qəbul olan 1 nəfər Sara olub”, - deyə məktəb direktoru bildirib.

Saranın anası Karapetyan Azatavvan kəndində fəaliyyət göstərən Qetap taksi xidmətində çalışır. Azatavan kənd rəhbəri Petik Qazaryan verdiyi müsahibəsində bildirib ki, Sara çox sakit uşaq olub. Həmçinin kənd rəhbəri bildirib ki, 16 yaşlı qızın anası Nelli Karapetyan şəxsən ona deyib ki, hadisə günü Sara İrəvanda dayanacaqda rəfiqəsinin planşeti əlində dayanmış vəziyyətdə olub. Qətldə təqsirli bilinən Sukiasyan onu tanımadan təqib edib, Saranın dalınca gedərək evə çatıb.

Qız qapını açarkən, Rafael arxadan onu itələyib və evə daxil olub. Planşeti aparmaq istəyib, ancaq planşet rəfiqəsinə aid olduğuna görə Sara müqavimət göstərib, həmin gəncdə onu boğub və planşeti özü ilə aparıb.

Qazaryan həmçinin bildirib ki, mənzil Sara tərəfindən kirayələnib, nənəsi də nəvəsi ilə həmin mənzildə yaşamağa getməyə hazırlaşırdı. Yeri gəlmişkən, bəzi məlumatlar var ki, Sara Rafaelin rəfiqəsi olub. Onların dostluğu artıq bir neçə ildir davam edirmiş, qeyd edilən plaşetdə isə mübahisəyə səbəb olan material olub. Onu silməyə məcbur edib, Sara isə müqavimət göstərib və bu məlumatı yaymaqla hədələyib.

Həmin bu məlumat ətrafında da mübahisə ediblər. Bu məlumatın Saranın anası Nelli Karapetyandan dəqiqləşdirilməsinə cəhd edilib.

“Məhkəmə tibbi ekspertizası arayış verib ki, qızım bakirə olub. O, deyib ki, bu uşağın mənəvi əxlaqı barədə kim bir söz deyərsə, bu kağızı yumrulayıb ağzına soxarsan ki, boynundan çıxsın. Tələbə uşaq olub, işləyib və oxuyub, bu da onun kirayələdiyi yox, rəfiqəsinin kirayələdiyi ev olub. Burada 10 dəqiqəlik ara olub, bu mənzildə sarışın qız yaşayıb, mənim uşağım qara, uzun tünd saclı qız olub. Açarı verib ki, yuxarı qalxsın, onun ad günü olub. Mənim uşağım bu məxluqu tanımayıb, heç bir yayındırıcı məsələ yoxdur. Nəyi bilmək istəyirsiniz, mənim uşağım əgər bu oğlanla yaşayıbsa, onu niyə boğmalı idi”, - deyə Karapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət  

Erməni hərbi qulluqçunun 16 yaşlı qızı öldürməsindən DETALLAR

2020/01/17751-1578392155.jpg
Oxunub: 1932     15:02     13 Yanvar 2020    