“Politik.am”: Paşinyan, məsələn, bir qonşunu raket atəşinə tutmaq qərarına gəlsə nə ola bilər?”

2019/12/image-1575373712.jpg
Oxunub: 1708     14:38     13 Yanvar 2020    
ABŞ Nümayəndələr Palatası ABŞ prezidenti Donald Trampın İranda hərbi əməliyyat keçirmək hüququnu məhdudlaşdıran qətnamə qəbul edib. Hazırda qətnamə Senata göndərilib.

Aydındır ki, Senatda çoxluğa malik olan Trampın bu qətnaməni zərərsizləşdirməsi böyük problemlə üzləşməyəcək.

“Ancaq, xüsusən də ermənilər üçün, bütün bu hekayə ilə bağlı maraqlı bir başqa şey də var. Birincisi, hakimiyyət qanadlarının müstəqil şəkildə necə işlədiyini, ehtiyac olduqda bir-birlərini tarazlaşdırdıqlarını və nəzarət etdiklərini görürük, bu gün bu Ermənistanda olmayan bir xüsusiyyətdir. Ermənistanda faktiki olaraq bir şəxsin hakimiyyəti var. Əlbəttə ki, Amerika idarəetmə sistemi, Amerika siyasi sisteminin sabitliyini Ermənistan idarəetmə sistemi və yarı ölü siyasi sistemlə müqayisə etmək olmaz, amma yaxşı bir nümunə həmişə yoluxucu ola bilər”, - deyə Ermənistanın “Politik.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, ölkə başçısının səhv əmri nəticəsində qlobal təhdidlər yarandıqda müxtəlif hakimiyyət qolları arasında təmkin mexanizmləri fəaliyyət göstərməyə başlayır, Ermənistanda bunlar sadəcə mövcud deyil.

“Əgər sabah, kabus və qeyri-mümkün bir ssenari kimi, Nikol Paşinyan, məsələn, qonşusunu raketlə vurmaq qərarına gələrsə, kim onu saxlayacaq, hansı məhdudlaşdırıcı mexanizmlər işləyəcək, qanunverici orqan Paşinyanın cibindədir, icra orqanı cibindədir, məhkəmə hakimiyyətindən Paşinyanın cibində olmayan yalnız Konstitusiya Məhkəməsi qalıb. İctimai təzyiq və vətəndaş cəmiyyəti haqqında danışmaq isə sadəcə artıqdır, “Feyklər fabrikası”nın günəşi qoy daim hakimiyyətin üzərində parlasın. Bu şəraitdə bəlkə də xalq, liderlərinin nə dərəcədə proqnozlaşdırıcı olması, vəziyyətdən nə dərəcədə xəbərdar olduqlarını və emosiyalardan, məqamın təsirindən azad şəkildə müvafiq addımlar atmağa nə dərəcədə qadir olduqlarını bilməsinə borcludur.

Bizim ölkəyə gəldikdə təsəlliverici məqam odur ki, baş nazir qeyri-müharibə şəraitində birbaşa orduya əmr verə bilməz və ən başlıcası təcrübəli ordu generalları keçmiş qəzet baş redaktoru Paşinyanı dayandıra biləcəklər”, - deyə nəşrdə dərc olunan məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan  

“Politik.am”: Paşinyan, məsələn, bir qonşunu raket atəşinə tutmaq qərarına gəlsə nə ola bilər?”

2019/12/image-1575373712.jpg
Oxunub: 1709     14:38     13 Yanvar 2020    