Rus analitik: “ABŞ-İran qarşıdurmasının güclənməsi Dağlıq Qarabağda eskalasiya təhlükəsi yaradır”

2020/01/Evsee-1578905469.jpg
Oxunub: 2099     15:17     13 Yanvar 2020    
“İran-ABŞ qarşıdurmasının aktiv hərbi mərhələyə daxil olmaması hazırda vacibdir, ümid etmək lazımdır ki, tərəflər həssaslığı qoruyacaqlar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus hərbi ekspert Vladimir Yevseyev regionda yaranmış vəziyyətə toxunarkən deyib.

Yevseyevin sözlərinə görə, dünyanın yeni nizamının formalaşması prosesi özünün aktiv mərhələsindədir.

“Hesab edirəm, bu mərhələdə biz bir sıra istiqamətlərdə gərginləşmələrin şahidi olacağıq. Bu günlərdə neytrallığı saxlamağa cəhd etməsinə baxmayaraq Ermənistan üçün mürəkkəb vəziyyət yaranıb. Birbaşa və ya dolayı İran-ABŞ qarşıdurmasının dərinləşməsi Ermənistanın manevr etmək və bütün tərəflərə düşünülmüş siyasətini çətinləşdirəcəkdi, çünki münaqişə tərəfləri bənzər vəziyyətlərdə müttəfiqlərlə işləməyə də çalışırlar”,- deyə Yevseyev bildirib.

Yevseyev bildirib ki, ABŞ-İran qarşıdurmasının qaynar mərhələsinin davam etməsi Dağlıq Qarabağ zonasında da eskalasiya təhlükəsi yaradır.

“Münaqişə zonasında münaqişə edən ölkələrin proqramlarını dəyişməklə həm Ermənistan, həm də Azərbaycan üçün bu təhlükələr olacaqdı. İran-ABŞ qarşıdurmasının aktiv hərbi mərhələyə daxil olmaması hazırda vacibdir. Ümid etmək lazımdır ki, tərəflər həssaslığı qoruyacaqlar və problemləri danışıqlar yolu ilə həll edəcəklər”,- deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   ABŞ  

Rus analitik: “ABŞ-İran qarşıdurmasının güclənməsi Dağlıq Qarabağda eskalasiya təhlükəsi yaradır”

2020/01/Evsee-1578905469.jpg
Oxunub: 2100     15:17     13 Yanvar 2020    