Erməni deputat: “Terrorizmlə bağlı tarixi faktları məhkəmədə açıqlamaq Daşnaksütunun maraqlarına uyğun deyil”

2020/01/17769-1578904448.jpg
Oxunub: 730     12:44     13 Yanvar 2020    
Ermənistan parlamentinin deputatı Arman Babacanyan hələ Daşnaksütunun iddiası ilə bağlı rəsmi bildiriş almayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Babacanyan məhkəmə iddiası haqqında Məhkəmə İnformasiya Sistemindən məlumat əldə etdiyini bildirib.

Qeyd edək ki ki, Erməni İnqilabı İttifaqı (Daşnaksütun) partiyasının Ali Orqanının nümayəndəsi İşxan Sağatelyanın timsalında və bir sıra digər partiya üzvləri (Artur Xaçatryan, Artsvik Minasyan, Armenuhi Kyureğyan, Taron Tonoyan, Lilit Qalstyan, Hakob Matilyan, Mikayel Manukyan, Simon Simonyan, Aşot Simonyan, Şağik Maruxean) deputat Arman Babacanyanı məhkəməyə verib.

Onlar təhqirə görə ictimai şəkildə üzr istəməyi və böhtana görə təzminat ödəməyi tələb edirlər.

Xatırladaq ki, 6 dekabr 2019-cu ildə Arman Babacanyan parlamentdəki çıxışı zamanı Daşnaksütunu terror keçmişi ilə tanınan bir qüvvə adlandırıb.

O qeyd edib ki, Daşnaksütunla bağlı parlamentdəki çıxışını təhqir və ya böhtan hesab etmir.

“Mən bunu təhqir və ya böhtan hesab etsəydim, xüsusilə parlamentdəki yüksək kürsüdən belə bir çıxış etməzdim. Daşnaksütunun keçmişi subyektiv qiymətləndirmə və damğa deyil, əslində tarixi bir həqiqətdir. Daşnaksütun birbaşa onunla əlaqəli olan və ölkədə terror aktları planlaşdırmaqda ittiham edilən “Dro” təşkilatına (Drastamat Kanayan və ya General Dro erməni dövlət xadimi, terrorçu, hərbi cinayətkardır. II Dünya müharibəsi zamanı Kanayan Qareqin Njde ilə birlikdə, faşistlərin tərəfində döyüşür və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edir. O, kəşfiyyat və diversiya məqsədləri üçün ermənilərdən ibarət və fəaliyyəti Simferopolda yerləşən “Dromedar” təşkilatı tərəfindən koordinasiya edilən qruplar yaradır, bu təşkilata rəhbərliyi bilavasitə, həyata keçirir – red.) bağlı bir qurumdur.

Bir sıra yüksək səviyyəli Daşnaksütun üzvləri terror ittihamı ilə müxtəlif həbs cəzalarına məhkum edilib və yalnız vəziyyət dəyişdikdən sonra, Robert Koçaryan hakimiyyətə gəldikdə sərbəst buraxılıblar. Bu günə qədər bu cinayət işləri mahiyyətcə dayandırılıb, xitam verilməyib və ya müttəhimlər bəraət almayıb, amma dediyim kimi, yalnız siyasi qərar nəticəsində sərbəst buraxılıblar. Deməli, bu terrorla əlaqəli keçmiş, daşnakların qürur duymağa sevindikləri qəhrəmanlıq səhifələri qədər Daşnaksütunun tarixinin bir hissəsidir. Tarixdən və ya keçmişdən qaçmaq, xüsusən də bunu inkar etmək mümkün deyil. Buna görə də səbirsizliklə Daşnaksütunun məhkəmədə bu barədə hansı arqumentlər və dəlillər söyləyəcəyini gözləyirəm. Bu an yalnız deyə bilərəm ki, ən azı qanuni formatda heç bir əks fakt ortaya qoya bilməzlər”, - deyə erməni deputat bildirib.

Babacanyanın sözlərinə görə, iddia icraata qəbul olunarsa, növbəti addımı yalnız texniki məsələyə aid olan ifadələrini sübut edən faktiki sübutlar toplamaqdan ibarət olacaq.

“Qeyd etdiyim kimi, təkcə o illərin media nəşrləri Erməni İnqilabı İttifaqının (Daşnaksütun) terrorçu obrazını xatırlatmaq üçün kifayətdir. “Dro” cinayət işinə dair bir neçə cildi də buna əlavə etsək, mənzərə daha dolğun olacaq. Hələ də Daşnaksütunun bu iddianı geri götürə biləcəyini istisna etmirəm, çünki əvvəllər qeyd etdiyim kimi, yumşaq bir şəkildə desək bu iddia Erməni İnqilabı İttifaqının maraqlarına cavab vermir”, - deyə o qeyd edib.

Erməni deputat məhkəməni daşnaqların qazanacağı təqdirdə, üzr istəyib-istəməyəcəyi ilə bağlı suala cavab vermək istəməyib.

“Ehtimallarla bağlı heç bir suala cavab vermək istəmirəm, qeyd etdiyiniz ssenariyə qədər iş məhkəmə mərhələsinə verilməlidir, bu zaman Daşnaksütun barədə daha çox xoşagəlməz reallıqların üzə çıxacağına əminəm. Düzünü desəm, Daşnaksütunun belə bir iddia qaldırdığına çox təəccüblənirəm, çünki düşünürəm ki, terrorla bağlı tarixi həqiqətləri məhkəmədə açıqlamaq Erməni İnqilabı İttifaqının maraqlarına uyğun deyil. O illərin mətbu nəşrlərini təqdim etməklə, Daşnaksütunun o qədər də parlaq olmayan keçmişini ictimaiyyətə xatırlatmaq kifayətdir. Beləliklə, hökm çıxmazdan əvvəl məhkəmədə hələ bir çox maraqlı inkişaf prosesləri qeydə alına bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Daşnaqlar   Terror  

Erməni deputat: “Terrorizmlə bağlı tarixi faktları məhkəmədə açıqlamaq Daşnaksütunun maraqlarına uyğun deyil”

2020/01/17769-1578904448.jpg
Oxunub: 733     12:44     13 Yanvar 2020    