Yaponiya Rusiyanı “Ashore”ları yalnız müdafiə məqsədi ilə yerləşdirəcəyi barədə inandıra bilmir

2019/01/kanfn-1548830888.jpg
Oxunub: 877     11:44     13 Yanvar 2020    
“Yaponiya Rusiyaya ABŞ-ın “Aegis Ashore” raket sistemlərini yalnız müdafiə məqsədi ilə öz ərazisinə yerləşdirmək niyyətində olduğuna inandıra bilməyib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov yaponiyalı həmkarı Takeo Mori görüşdən sonra deyib.

O qeyd edib ki, Yaponiya əvvəlki mövqeyini təkrarlayıb və Rusiya bu mövqeyə inanmır.

“İnanmırıq ki, bu sistemlərin yerləşdirilməsi yalnız Yaponiyanın Şimali Koreyanın hipotetik zərbələrindən müdafiəsinə xidmət edəcək. Bu sistemlərdə müəyyən potensial görürük”, - deyə Rusiya XİN rəsmisi bildirib.

Qeyd edək ki, Yaponiya 2023-cü ilə qədər ölkənin əsas Honşu adasının cənub-qərbindəki Yamaquçi prefekturasında və şimalındakı Akita prefekturasında iki “Aegis Ashore” raketdən müdafiə sistemini yerləşdirməyi planlaşdırır.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ashore   Yaponiya   Rusiya  

Yaponiya Rusiyanı “Ashore”ları yalnız müdafiə məqsədi ilə yerləşdirəcəyi barədə inandıra bilmir

2019/01/kanfn-1548830888.jpg
Oxunub: 878     11:44     13 Yanvar 2020    