Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib

2020/01/e3aaf-1578899585.jpg
Oxunub: 855     11:21     13 Yanvar 2020    
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində 2019-cu ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ötən ildə qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və 2020-ci ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müvafiq tapşırıqları vəzifəli şəxslərə çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MN  

Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib

2020/01/e3aaf-1578899585.jpg
Oxunub: 856     11:21     13 Yanvar 2020    