Amerikalı ekspertlər: "İran-ABŞ hərbi qarşıdurması Qarabağda hərbi əməliyyatların yenidən başlaması ehtimalını artırır"

2020/01/04e05-1578899304.jpg
Oxunub: 6148     11:03     13 Yanvar 2020    
ABŞ analitikləri İran və ABŞ-ın mümkün qarşıdurmasının nəticəsi olaraq Ermənistan və Cənubi Qafqazın təhlükəsizlik, siyasi və iqtisadi sahələrinə təsirinə toxunublar.

Rəsmi İrəvan hər hansı bir anti-İran və ya anti- Amerikan proseslərinə cəlb edilmə ehtimalını istisna edib. Lakin “Karnegi” Fondunun analitiki Pol Stronskinin fikrincə, İran və ABŞ arasındakı gərginlik Ermənistanı iki təməl daş arasında sıxaraq, İrəvanın ənənəvi çoxvektorlu siyasətini çətinləşdirir.

Amerikalı ekspertlər dairəsi Ermənistanın və Cənubi Qafqazın digər ölkələrinin bu məsələ ilə bağlı narahatlığını əsaslı hesab edirlər.

“Hər iki tərəfin birbaşa qarşıdurmadan yayınmasına baxmayaraq narahatlıq üçün səbəblər var. Gərginliyin artması təhlükəsi hələ aradan qalxmayıb”, - deyə Strateji Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Cefri Mankof bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda bölgədəki sabitliyin pozulmasından, qaçqınların axınından, terrorizm və hərbi toqquşmalar halında digər imkanlardan narahatdırlar.

Pol Stronski də birbaşa qarşıdurmanın Vaşinqton və Tehrana fayda verməyəcəyini düşünür, buna görə tərəflər bunu başqa bölgələrdə dolayı və ya “proksi” müharibələri ilə əvəz edəcəklər.

“Cənubi Qafqazı İranda yaşayan ermənilərin və azərbaycanlıların amilini nəzərə alaraq ABŞ-ın əleyhinə istifadə etmək İran üçün son dərəcə riskli olardı. Bu məqsədlə İraqda və ya Livanda fəaliyyət göstərmək daha səmərəlidir”, - deyə Stronski bildirir.

Öz növbəsində Azərbaycandakı keçmiş səfir Riçard Kozlyaric vurğulayıb ki, mövcud vəziyyətdə Cənubi Qafqaz ölkələri ehtiyatlı olmalıdırlar.

“ABŞ və İran arasında hərbi qarşıdurma ehtimalını artıran bir hadisə baş verərsə, Cənubi Qafqazdakı bütün ölkələr daha həssas olacaqdır. Ən vacib vəzifələrdən biri də münaqişənin yayılmasının qarşısını almaq olacaq”, - deyə Kozlyaric vurğulayıb.

Son hadisələr və Qarabağ münaqişəsinin yenidən başlanması ehtimalı arasında birbaşa əlaqənin olmamasına baxmayaraq, analitiklər bölgədəki hər hansı bir sabitliyin Qarabağ münaqişəsi tərəflərinə təsir etdiyini vurğulayırlar.

Kazlyariç hesab edir ki, İran və ABŞ arasında hərbi qarşıdurma ehtimalı Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlaması ehtimalını artırır.

Təhlükəsizlik məsələsi ilə yanaşı, ekspertlər, ABŞ-İran gərginliyinin artmasının, xüsusilə də Ermənistan üçün ağır iqtisadi nəticələrə səbəb olacağını vurğulayırlar.

“İranın iqtisadi potensialına xələl gətirən və iqtisadi fəallığının azalması səbəb olan addım İranla sıx iqtisadi əlaqələri olan Ermənistan üçün ciddi narahatlıq doğuran məsələdir”, - deyə Mankof vurğulayıb.

Pol Stronski Mankofla bu məsələdə həmrəydir. Ekspert qeyd edir ki, Ermənistan İranla iqtisadi əlaqələrdən, xüsusən turizm və enerji sektorlarından asılıdır.

Analitiklər Ermənistanın İranla yaxın iqtisadi əlaqələrinin artan gərginliklər fonunda Vaşinqtonun İrəvana əlavə təzyiq göstərməsinə səbəb ola biləcəyini istisna etmir, lakin bunun necə və nə dərəcədə baş verəcəyi məlum deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İran   Müharibə   Qarabağ  

Amerikalı ekspertlər: "İran-ABŞ hərbi qarşıdurması Qarabağda hərbi əməliyyatların yenidən başlaması ehtimalını artırır"

2020/01/04e05-1578899304.jpg
Oxunub: 6151     11:03     13 Yanvar 2020    