Ermənistanda əsgər oğluna pul göndərmək üçün şəxsi məlumatları oğurlayan şəxs ortaya çıxıb

2019/02/top-3-1550122846.jpg
Oxunub: 861     10:28     13 Yanvar 2020    
Ermənistan Polisinin Pasport və Viza idarəsinin rəisi Mnatsakan Biçaxçyan Ermənistan vətəndaşlarını qəribə hadisə barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə Biçaxçyan öz “Facebook” səhifəsində yazıb.

Biçaxçyan qeyd edib ki, ona çox sayda insanın fırıldaq qurbanı olmasına səbəb ola biləcək hadisə barədə məlumat verən bir vətəndaş müraciət edib.

“Sosial şəbəkədə naməlum bir şəxs (sonradan kimliyi aşkarlanıb), ABŞ-dakı bir dostuna aid məlumatlarla özünü təqdim edərək, orduda xidmət edən oğluna bank vasitəsilə pul köçürmək üçün qeydiyyatda olduğu səhifə daxil olmaqla pasportunun surətini göndərməsini xahiş edib.

Pasportun surətini istəyən şəxs, pasport sahibinin də şəkildə sənədi əlində tutmuş vəziyyətdə görünməsini xahiş edib.

Sonra fotoları dost kimi qəbul edən şəxs “Facebook” səhifəsini deaktiv edib.

Xahiş edirəm fərdi məlumatların, o cümlədən sənədlərin surətlərini verərəkən diqqət yetirin və heç vaxt səlahiyyətli olmayan şəxslərə, o cümlədən sosial media vasitəsi ilə verməyin”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Dələduzluq  

Ermənistanda əsgər oğluna pul göndərmək üçün şəxsi məlumatları oğurlayan şəxs ortaya çıxıb

2019/02/top-3-1550122846.jpg
Oxunub: 862     10:28     13 Yanvar 2020    