Trampın müşaviri: "ABŞ 2020-ci ildə “Taliban"la saziş bağlamaq istəyir"

2020/01/AP192-1578892849.jpg
Oxunub: 688     10:39     13 Yanvar 2020    
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Robert O Brayen bildirib ki, dövlət başçısı Donald Tramp bu il taliblərlə saziş bağlaya bilər, amma hətta əgər saziş olmasa, Vaşinqton Əfqanıstandakı kontingentini azaltmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə O Brayen “Axios” portalına bildirib.

O, Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində “Taliban”la razılaşma bağlamaq niyyətində olub-olmaması barədə sualına cavabında bildirib ki, saziş bu il ola bilər.

"Əfqan qüvvələri indi öz işinin öhdəsindən daha yaxşı gəlir və mən düşünürəm ki, biz hansısa bir anda tezliklə razılaşma ilə və ya razılaşmasız Əfqanıstandakı hərbi qüvvələrimizi azaldacağıq. Seçkilərin nə vaxt keçiriləcəyinə əsaslanan şeyləri mühakimə etmirəm, amma düşünürəm ki, saziş bu il olacaq. Biz bunun üzərində işləyirik. Ancaq yaxşı bir razılaşma olmalıdır", - deyə O Brayen qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Əfqanıstan  

Trampın müşaviri: "ABŞ 2020-ci ildə “Taliban"la saziş bağlamaq istəyir"

2020/01/AP192-1578892849.jpg
Oxunub: 691     10:39     13 Yanvar 2020    