Niyə ABŞ İranın raket hücumları qarşısında HHM vasitələrini işə sala bilmədi? - ANALİZ (EKSPERT)

2020/01/15784-4736211813.jpg
Oxunub: 7446     15:15     11 Yanvar 2020    
İslam İnqilabı Keşikçiləri Korpusu yanvarın 8-i yerli vaxtla gecə saat 00:30-da ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirdi. Ümumilikdə İran ABŞ Hərbi Hava Qüvvələri və koalisiya heyətinin yerləşdiyi Eyn-əl-Əsəd və Ərbildəki obyektlərə 22 raket atdı. “Şəhid Süleymani” adı verilən aksiya yanvarın 3-də İraqda İran hərbi lideri Qasım Süleymaninin ABŞ ordusunun xüsusi əməliyyatı nəticəsində öldürülməsinə cavab olaraq keçirildi. İraq hərbi komandanlığına görə, ümumilikdə İran 22 raket atdı. Onlardan 17-si Bağdad yaxınlığındakı Eyn-əl-Əsəd aviabazasına, daha 5-i isə Ərbil bölgəsindəki hərbi obyektə atılıb. Hər ikisi ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsusdur. Eyn-əl- Əsədə atəş açılan 17 raketdən ikisi partlamayıb.

Tehran 22 raketin atıldığını təsdiqləyib. Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına müraciət edən amerikalı jurnalistlərin fikrincə, İraqa yalnız 15 İran raketi düşüb. Dördü hədəfinə çata bilməyib. Güman ki, bunlar 2,5 min km-ə qədər məsafəyə malik “Sajil” və “Sajil-2” ballistik raketlər idi.

Baş verənlər fonunda Tehranın zərbəsi gözlənilirdi. İran mümkün qədər tez cavab verməli idi. Eyni zamanda, iranlıların olduqca dəqiq cavab verdiklərini gördük: bir az dağıntı və minimum itki. Raket hücumunun özü videoda gördüyümüz kimi, olduqca böyükdür. Bu, mütləq niyyət nümayişidir - səliqəli, lakin israrlıdır.

Dağıntıları qiymətləndirən və məlumatlarını təhlil edən zaman bu qənaətə gəlmək olur ki, İran yenə də güc tətbiqindən imtina etmək və qoşunlarını İraqdan çıxarmaq üçün ABŞ-a fikrini dəyişmək şansı verir. Bununla yanaşı, Tehran daha dağıdıcı olacaq bir neçə raket hücumu həyata keçirəcəyini vəd edir.

Buradan bir sual yaranır. ABŞ İran İslam Respublikasının onun hərbi obyektlərinə zərbələr endirəcəyini bildiyi halda bu bazaların HHM sistemlərinin ən müasir avadanlıqlarla təchiz edilməsinə rəğmən, niyə bir raketi belə vura bilmədi? Bu qədər müasir ZRS-ə malik hərbi cəhətdən qüdrətli bir ölkə raket zərbələrinin qarşısının alınmasında aciz qaldı.

Bu suala cavab verməzdən öncə, qeyd etmək istəyirəm ki, HHM vasitələri ümumiyyətlə əsasən iki yerə bölünür:

- Aktiv HHM vasitələri (Zenit Raket Sistemləri);
- Passiv HHM vasitələri (radio texniki bölmələrin hədəf kəşfiyyat stansiyaları).

İstənilən ölkənin iqtisadi və hərbi cəhətdən inkişaf edib-etməməsindən asılı olmayaraq onun HHM vasitələri ilə səmada uçan bir hava hədəfini məhv etmək üçün lazım olan vaxt alqoritmi əsasən belə hesablanır.

T (hədəf məhv etmək üçün tələb olunan vaxt)= Tqris + Taşk + Te + Thsv + Tqçat + Thsa + Tqoş + Tfnk + Tat + Timh + Tstr + Tuç + Taq

Tqris - qabaqda yerləşən radiolokasiya stansiyaları (RLS) vasitəsi ilə hədəflərin aşkarlanma vaxtı
Taşk - RLS operatoru tərəfindən aşkarlanmış hədəflər barəsində məlumatların mərkəzi komanda məntəqəsinə (MKM) və ZRS-lərə ötrülməsi vaxtı
Te - MKM-də məlumatların emal vaxtı
Thsv - MKM-in əməliyyat növbətçisi tərəfindən hədəflər barəsində zenit raket bölmələrinə (ZRB) həyacan siqnalının verilmə vaxtı
Tqçat - ZRB-in əməliyyat növbətçisinin həyacan siqnalını, qısaldılmış döyüş heyyətinin rəisinə, ZRS-lərə çatdırma vaxtı
Thsa - Zenit raket sistemlərində növbətçi döyüş heyəti tərəfindən həyacan siqnalının alınması vaxtı
Tqoş - raket tuşlama stansiyasının (RTS) qoşulma vaxtı
Tfnk - RTS-də funksional nəzarət keçirmə və yüksək gərginliyin rejimə çıxma vaxtı
Tat - hədəfin axtarılıb tapılma vaxtı
Timh - hədəf barədə ilkin məlumatların hazırlanması vaxtı
Tstr - raketlərin start vaxtı
Tuç - raketlərin hədəflərə (uzaq məhvetmə zonasına qədər) uçma vaxtı
Taq - atəşin qiymətləndirilməsi vaxtı

Buradan aydın görünür ki, İraq ərazisində vəziyyət sabit olmadığından ABŞ burada İranla sərhəd zonasında radiolokasiya kəşfiyyat stansiyalarını (RLS) tam şəkildə yerləşdirə bilməyib. Bu səbəbdən hava kəşfiyyat məlumatlarını dəqiq və vaxtında almaq mümkün olmur.

HHM-in passiv bölmələri döyüş növbəsi aparmaqla yanaşı uzun müddət qoşulu qalıb işləyə bilər, aşkarlanmış bütün hədəflər barəsində məlumatları MKM-ə və HHM-in aktiv vasitələrinə ötürə bilər. Lakin HHM-in aktiv vasitələrinin iş prinsipi isə tam başqadır. Bu aktiv sistemlər yalnız hədəf kəşfiyyat stansiyalardan və ya MKM-dən daxil olan döyüş məlumatları aldıqdan sonra qoşularaq işə salınır.

Bu aktiv vasitələri uzun müddət qoşulu qalmaq və yüksək gərginlik altında saxlamaq imkanları çox məhduddur. Bu səbəbdən ZRS-lərin qoşulma və döyüşə hazır olma vaxtları parametri, döyüşün nəticələrinə təsir edən ən böyük amillərdən biridir. Aktiv HHM vasitələrinin (ZRS) qoşulma vaxtı ən müasir sistemlərin olmasına rəğmən, 3-6 dəqiqə vaxt tələb edir.

Qısaca aydın şəkildə bildirmək istəyirəm ki, ZRS-lərin döyüş heyəti üçün “döyüş texnikasının döyüş hazırlığına gətrilmə” vaxtı “Raketlərin uçma və obyektə zərbə endirmə vaxtından” qat-qat az olmalıdır. Əks təqdirdə döyüş tapşırığını yerinə yetirmək qeyri-mümkündür (Təbii ki, təsadüf nəticəsində nəyi isə vurmaq istisnadır).

İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ABŞ-ın hərbi bazalarına atılmış raketlərin heç birini vurmaq mümkün olmayıb. Bunun əsas səbəbləri nədir?

- “Aktiv HHM vasitələrinin (ZRS) döyüş hazırlığına gətrilmə” vaxtı “Raketlərin qorunan obyektə uçma vaxtına” mütənasib olması;
- Raketlərin “aktiv əksetdirmə” sahəsinin kiçik olması səbəbindən onların daha uzaq məsafədə aşkarlamasını mümkünsüz etməsi;
- Raketlərin atıldığı yerlə, ABŞ-n zərbəyə məruz qalan bazaları arasında məsafənin çox da böyük olmamasının raketlərin vaxtında aşkarlanmasını çətinləşdirməsi;
- Bazaları müdafiə edən HHM vasitələrinin döyüş imkanlarının zəif olması;
- Aktiv HHM vasitələrin say tərkibinin sual altında olması;
- Hərbi bazaların Hava Hücumundan Müdafiəsinin təşkilində buraxılmış nöqsanlar.

HHM bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının aşağı olması (bütün İraq və Suriya kampaniyasında ABŞ bazalarına raket hücumu heç vaxt olmayıb, bu səbəbdən şəxsi heyət demək olar ki, “paslanıb”).

Bu kiçik lokal konflikti araşdırdıqda məlum olur ki, ən inkişaf etmiş ölkələr belə hava zərbələri qarşısında aciz qala bilər. Silahlı Qüvvələrimizdə bu kiçik konfliktin dərindən öyrənilməsi məqsədəuyğun olardı. Burdan belə qənaətə gəlmək olar ki, raket və digər zərbə vasitələrin qarşısını almaq və ya bu zərbələrin sayını minumuma endirmək üçün yuxarıda qeyd etdiyim alqoritimdə yer alan hər bir element praktiki olaraq avtomatizmə qədər öyrənilməli və vaxt itgisi minimuma endirilməlidir.

Hərbi ekspert Ramiz Şərifov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   ABŞ  

Niyə ABŞ İranın raket hücumları qarşısında HHM vasitələrini işə sala bilmədi? - ANALİZ (EKSPERT)

2020/01/15784-4736211813.jpg
Oxunub: 7447     15:15     11 Yanvar 2020    