Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Andranik Köçəryan deyib.
O qeyd edib ki, işlə bağlı mürəkkəb proses başlamalıdır, prokurorun qərarı əvvəlcə hazırlaşmağı, sonra həyata keçirməyi nəzərdə tutur.
““1 Mart” işinin hansı səviyyədə getdiyini və Köçəryanın müdafiə tərəfinin məhkəmə istintaqının qeyri-müəyyən vaxta təxirə salınmasına necə canfəşanlıqla səy göstərdiyini görürsünüz”,- deyə erməni deputat bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə “27 Oktyabr” işi özünün bütün çətinlikləri ilə “1 Mart” işinin çətinliklərinə birləşəcək. Köçəryan vacib şahidlər arasında barəsində müzakirə aparılmayan Nairi Hunanyanın iştirak zərurətini qeyd edib.
Xatırladaq ki, “27 Oktyabr” işindən ayrılmış hissə yeni istintaqa göndəriləcək, müddətin qısaldılması qərarına qarşı etiraz təmin edilib.
Alpər Mövludoğlu
Ordu.az