Özəl Hərbi Kompaniyaların yaranması və dünya təcrübəsi - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - II YAZI

2019/12/exout-1577603161.jpg
Oxunub: 4818     14:52     13 Yanvar 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Böyük Britaniya/“Aegis Defence Services”

Böyük Britaniyanın Özəl Hərbi Kompaniyalarının ən məşhurlarından biri, 2002-ci ildə keçmiş ingilis ordusunun zabiti T. Spayser tərəfindən qurulan “Aegis Defence Services” kompaniyasıdır. Şirkətin Keniya, İraq, Nepal, Bəhreyn, Əfqanıstan və ABŞ-da ofisləri fəaliyyət göstərir.

Baş qərargahı Bazeldə yerləşən kompaniyanın əməkdaşlarının sayı 20 min nəfərdir. Əsas sifarişçi ABŞ hökuməti olan “Aegis Defence Services” əsasən aerokosmik, diplomatik və hökumət sektorlarında, həmçinin mədən və neft-qaz sənayesində təhlükəsizlik işləri ilə məşğuldur. Hazırda şirkətin İraqda təhlükəsizliyi təmin edən ABŞ hökuməti ilə 293 milyon dollar dəyərində qiymətləndirilən müqaviləsi qüvvədədir. Bundan əlavə kompaniya 2011-ci ildə ABŞ hökumətini Kabildə qorumaq üçün 497 milyon dollar dəyərində müqaviləni də qazanıb.

Rəsmi bir təhlükəsizlik şirkəti olsa da, “Aegis Defence Services” ABŞ hökuməti və BMT nümayəndəlikləri üçün silahlı personal da təqdim edir. Coğrafi baxımdan kompaniyanın fəaliyyəti İraq, Çin, Yunanıstan, Konqo, Kosovo, Nigeriya, Sudan, Rusiya, İsveç, İsveçrə, Tunis, İngiltərə, ABŞ, Yunanıstan, Hollandiya, Əfqanıstan, Nepal, Keniya və Bəhreyni əhatə edir. Burada neft şirkətlərinin riskləri və qorunmasına dair qiymətləndirmə işləri aparılır. Personalın sayı isə təxminən 5 min nəfərə çatır.

2005-ci ildə “Aegis Defence Services” şirkətinin adı bir qalmaqalda hallandı. İnternetdə kompaniya əməkdaşlarının İraqdan olan vətəndaşlara atəş açdığı bir video yayımlandı. Şirkət rəhbərliyi günahını etiraf etmədi, lakin Pentaqon bundan sonra da onunla əməkdaşlıqdan imtina etdi.

“Erinys International”

Digər bir ingilis kompaniyası isə keçmiş ingilis zabiti J. Garrat və Cənubi Afrikanın aparteid rəsmisi S. Kleari tərəfindən 2002-ci ildə qurulan və Britaniyanın Virqin adalarında qeydiyyata alınan “Erinys İnternational” ÖHK-dır.

2003-cü ildə Kleari vəzifədən ayrıldı və ingilis kəşfiyyat zabiti A. Morrison onun yerinə təyin edildi, lakin bir il sonra o dünyanın ən böyük maliyyə kəşfiyyat firması olan “Kroll Inc”ə keçdi.

“Erinys” filialları İngiltərə, Konqo Respublikası, Kipr və Cənubi Afrikada yerləşir.

Şirkətin fəaliyyəti əsasən təhlükəsizlik xidmətlərinin göstərilməsinə, xüsusən Mərkəzi Afrikanın çox çətin ekoloji şəraiti olan bölgələrinə yönəldilib. Bundan əlavə, şirkətin fəaliyyət sahələrinə hərbi kadrların hazırlanması, hərbi məsləhətləşmə, operativ hərbi əməliyyatlarda iştirak, xüsusi xidmət orqanları və polislə əməkdaşlıq daxildir. Kompaniyada İngiltərə kəşfiyyat idarələrinin və xüsusi bölmələrin keçmiş əməkdaşları çalışır.

“Erinys International” ABŞ hökumətinin İraqdakı müqavilələrini də müşayiət edir. Ən böyük missiya, enerji aktivlərinin, xüsusən də ölkə daxilində 280-dən çox nöqtədə boru kəmərlərinin təhlükəsizliyinin təmin olunmasından ibarət idi, bu missiyada 16 min nəfər iştirak edirdi. Kompaniya İraqdakı müharibə zamanı təxminən 6,5 min əsgəri vacib obyektləri qorumağa göndərməklə özünü yaxşı tərəfdən göstərmişdi. 2004-cü ildə mətbuat kompaniyanın məhkumlara pis rəftar etdiyi barədə məlumatlar yayaraq əməkdaşların 16 yaşlı İraq vətəndaşına qarşı hərbi istintaq zamanı amansız işgəncələrdən istifadə etdiyini əsas gətirərək kompaniyanın İnsan Hüquqları Konvensiyasını pozduğunu ifadə etdilər.

Hazırda kompaniya neft-qaz korporasiyaları, hasilat sənayesi, qeyri-hökumət təşkilatları və ictimai xidmətlər ilə sıx əməkdaşlıq edir. Müqavilələrin hər biri bölgənin uzaqlığından və mürəkkəblik səviyyəsindən asılı olmayaraq, müştərilərə mümkün riskləri qiymətləndirməyə kömək edir. Bundan əlavə, şirkətin xidmətlərindən ABŞ və İngiltərə hökumətləri, eləcə də BMT istifadə etməkdədir.

“Northbridge Services Group”

“Northbridge Services Group” ÖHK-nın bazası Dominikan Respublikasında yerləşir. ABŞ-Böyük Britaniya birgə kompaniyasının İngiltərə və Ukraynada filialları mövcuddur. Bəzi hesablamalara görə, kompaniyanın tərkibində təxminən üç min nəfər İngiltərənin, habelə Fransa, Cənubi Afrika və ABŞ ordularından bir neçə min keçmiş hərbçi çalışır.

“Northbridge Services Group” çoxmillətli korporasiyaların, hökumətlərin və qeyri-hökumət təşkilatlarının, şəxslərin və korporativ sektorun ehtiyaclarını təmin edir.

Kompaniya hüquq mühafizə orqanlarına narkotik ticarəti, terrorizm, icazəsiz məlumat axtarışı və mütəşəkkil cinayətkarlıqla mübarizədə kömək edir, həmçinin təbii sərvətlərin və dəniz təhlükəsizliyinin qorunmasında kömək edir. 2012-ci ildə şirkətin maliyyə gəlirləri 50 milyon dollardan artıq olub.

2003-cü ildə istefada olan ABŞ ordusunun polkovniki Robert Kovaçiç şirkətin rəhbəri vəzifəsinə təyin edildi. 2003-cü ildə “Northbridge Services Group” əməkdaşlarının iki həftə boyunca neft qurğusunda köməksiz qalan 25 nəfər neftçini xilas etmək üçün keçirdiyi əməliyyat kompaniyanın şöhrət qazanmasına səbəb oldu. Bundan əlavə kompaniya 2003-cü ildə Liberiyadakı vətəndaş qarşıdurmasında üsyançıların tərəfini tutaraq əhəmiyyətli rol oynadı. Onların hərəkətlərinin nəticəsində rəsmi hökumət devrildi və BMT-nin sülhməramlı missiyası tətbiq edildi.

Təhlükəsizlik kompaniyası BMT-nin xüsusi hərbi cinayətlər məhkəməsinə təhvil vermək üçün Liberiya Prezidenti C. Teyloru əlavə ödəniş (təxminən 4 milyon dollar) qarşılığında qaçırmaq üçün xüsusi bir əməliyyat hazırlamışdı. Lakin bu təşəbbüs sonradan rədd edildi.

ABŞ FTB və İngiltərə Gömrük Xidmətinin əməkdaşları qaçırmanın bütün hallarını müəyyənləşdirmək üçün araşdırma apardılar və bu zaman kompaniya rəhbərliyinin Afrika dövləti rəhbərinin tutulması və təhvil verilməsi şərtləri barədə danışıqlar aparıldığı müəyyən edildi. BMT məhkəməsinin kompaniyanın xidmətlərindən imtina etmədiyi, lakin vəsaitin olmamasını əsas gətirərək qaçırma üçün pul ödəməkdən imtina etdiyi də müəyyən edildi.

“Ağ Legion”

Dünyanın aparıcı özəl hərbi kompaniyaları arasında Afrika qitəsindəki əməliyyatlar üçün nəzərdə tutulan “Ağ legion” adını daşıyan şirkəti də xatırlatmaq lazımdır. Müxtəlif mənbələrə görə, (etimad oyandıracaq çox az məlumat mövcuddur) “Ağ legion” 1960-cı ildə hərbi çevrilişdən sonra Zairdə hakimiyyətə gələn diktator, general Mobutunun tərəfində 1997-ci ildən vuruşan bir neçə avropalı könüllü taborunu da tərkibinə daxil edib. Zairdəki əməliyyata qatılan zaman legion təxminən üç yüz nəfərdən ibarət olub. Bir bölmə və iki korpusdan (Slavyan korpusu, polkovnik Tavernierin korpusu və kapitan Draqanın bölməsi) ibarət legionun döyüşçüləri fərqli millətlərə mənsub idilər. Bəzi mənbələrə görə, aralarında fransızlar, ukraynalılar, ruslar, belaruslar və hətta serblər də yer alırdı. Döyüşçülər həmişə xarici dildə verilən əmrləri başa düşmürdülər, bu da əməliyyatlar zamanı koordinasiyaya mənfi təsir edirdi. Legion çox sayda avadanlıq və silahla silahlanırdı: təxminən 5-7 ədəd Sovet İttifaqının Mi-24s helikopteri, 10 ədəd döyüş helikopteri, sovet istehsalı olan 60 mm-lik minaatanlar, RPG-7 qumbaraatanları, “İqla” DZRK, Yuqoslaviyanın RB M57 qumbaraatanı, M53 yüngül pulemyotları və s. Ümumiyyətlə, slavyan legionerləri qitədə 1997-ci ilin may ayına qədər mövcud oldu və sonra göründükləri kimi qəfildən yox oldular. Təyyarələrlə, bütün xüsusi avadanlıqları və tam təchizatları ilə yoxa çıxdılar. Onların Moldovanın Dnestryanı bölgəsindəki Tiraspola və ya Serbiyaya getdikləri ehtimal edilir.

Silahlı insanlar və hərbi texnikaların dolu olduğu bir təyyarənin, demək olar ki, Avropanın mərkəzinə maneəsiz necə enə biləcəyi hələ də məlum deyil. Şayiələrə görə, bu qondarma “Dnestryanının təhlükəsizlik komitəsi”nin o vaxtkı rəhbəri general-mayor V. Antyufeevin kömək etdiyi xüsusi bir əməliyyat olub.

Özəl hərbi kompaniyalarla bağlı bundan başqa da çox sayda, böyük və kiçik, etibarlı və şübhə doğuran bir çox hadisə məlumdur. Hər il onlar fəaliyyət sferasını genişləndirirlər, buna görə də deyə bilərik ki, yaxın gələcəkdə belə kompaniyalar hərbi təhlükəsizlik sahəsində bir dövlətin siyasətinin həyata keçirilməsində əsas vasitələrdən birinə çevriləcəklər.

Rusiyada ÖHK-lar

Rusiyada özəl hərbi kompaniyaların rəsmi statusu hələ müəyyənləşdirilməyib. Rəsmi olaraq Rusiyada ÖHK yoxdur, üstəlik bu fəaliyyət qanunla cəzalandırılır. Rusiya Federasiyası Cinayət Məcəlləsində qanunsuz silahlı dəstələrin təşkili cinayət hesab edilir. Pul müqabilində silahlı qarşıdurmaya qatılan şəxs Rusiya qanunlarına görə üç ildən yeddi ilə qədər həbs cəzası almalıdır. Lakin artıq dünyada heç kimə sirr deyil ki, Rusiyada E.N.O.T. CORP, “Vagner”, “Cossacks”, “Тiger Тоp-Rent Security”, “Moran Security Group”, МАР kimi ÖHK-lar fəaliyyət göstərir. Onlar son illərdə əsasən Suriya, Venesuela, Krım və Ukraynanın şərqində keçirilən hərbi əməliyyatlarda diqqəti cəlb edib.

Rusiya ÖHK-larının ən son dəfə bu ilin noyabrın 6-na qədər 6 həftə ərzində 200 nəfərlik bir heyətlə Liviyaya gəlməsi barədə məlumatlar yayan “The New York Times” qəzetinin istinad etdiyi üç Liviya rəsmisinin və beş qərb diplomatının sözlərinə görə, Rusiya əsgərləri “Vaqner” ÖHK-da xidmət edirlər. Rusiya kompaniyasının əməkdaşlarının Liviyanın şərqində məskunlaşan və BƏƏ, Misir, Səudiyyə Ərəbistanı və bəzən də Fransanın dəstəyindən istifadə edən silahlı qüvvələrin lideri Xəlifə Həftarin tərəfində döyüşəcəyi şübhəsizdir.

Məşhur rus restoran biznesinin nümayəndəsi, eyni zamanda “Vaqner” ÖHK-nın lideri Yevgeni Prigojinin 2018-ci ilin noyabrın 7-də Rusiya Müdafiə Nazirliyində Rusiya və Liviya hərbi idarələrinin rəhbərləri arasında yüksək səviyyəli görüşdə iştirak etməsinə aid fotoların yayılması, “The New York Times” qəzetinin iddialarını bir daha təsdiq edir. ÖHK haqqında daha geniş məlumatla buradan tanış ola bilərsiniz.

Almaniya ÖHK-ları

Açıq mənbələrdə Almaniyada fəaliyyət göstərən ÖHK-lar haqqında məlumatlara 2007-ci ildən rast gəlinir. Təəssüf ki, bu kompaniyaların hərbi münaqişələrdə iştirakı ilə bağlı dəqiq bir məlumatlar mövcud deyil, lakin onların Somali, Əfqanıstan, Pakistan, Xorvatiya kimi ölkələrdə bu və ya digər şəkildə iştirak ehtimalı böyükdür.

Almaniyanın “Asgard” adlanan ÖHK-nın təqaüddə olan paraşütçü zabit tərəfindən təsis edildiyi bildirilir. Şirkətin adı Skandinaviya mifologiyasındakı səmavi şəhərin adı ilə əlaqələndirilir. Şirkət loqotipindəki yazıda Sədaqət, Loyallıq, İntizam, Şərəf, Cəsarət və Vəzifə sözləri oxunur.

Şirkətin fəaliyyəti çoxşaxəlidir. “Asgard”ın mütəxəssisləri təhlükəsizlik məsələlərinə dair “məsləhətləşmələr” və “seminarlar” aparmaqla məşğul olur, müəyyən biznes üçün risk analizinə kömək edir. “Asgard” ÖHK-nın fəaliyyətinin digər bir istiqaməti təlimdir. Bu şirkətin əməkdaşlarının böyük əksəriyyətinin Bundesverdən təqaüdə çıxan hərbi personal olduğunu güman etmək çətin deyil, bunun sayəsində kompaniya müxtəlif hərbi ixtisaslar üzrə mütəxəssislər yetişdirə bilər. Fəaliyyətin əsas istiqaməti vacib obyektlərin qorunması üçün xüsusi əməliyyatların aparılmasıdır. Şirkətin saytında onların təhlükəli ərazilərdə işləmək üçün ixtisaslaşdıqları qeyd olunur.

“Asgard” şirkəti geniş miqyasda təşkilatlarla: dövlət təşkilatları, beynəlxalq şirkətlər, humanitar təşkilatlar, habelə fərdi şəxslərlə əməkdaşlıq edir. Şirkətin “fəlsəfəsinə” əsasən onlar əsasən digər ölkələrin hərbi və polis zabitləri, peşəkar mühafizə bölmələri ilə işləyirlər.

Şirkətin həyata keçirdiyi əsas əməliyyatlar onun veb-saytında təqdim olunur:

- Diplomatik nümayəndələrin qorunması və onlara xidmət edilməsi;
- Fərdi şəxslərin mühafizəsi;
- Obyektlərin qorunması;
- Minalı obyektlərin təmizlənməsi;
- İnformasiya təhlükəsizliyi və mühafizəsi;
- Loqistika və karvanların müşayiəti.

“Asgard” əməkdaşları haqqında məlumat və fotoşəkillərin təhlili onların əsas “iş yerlərinin” Yaxın Şərqdə olduğunu göstərir. Bu özəl hərbi kompaniyanın əməkdaşları qum rəngində müasir fərdi zirehli mühafizə vasitələrindən istifadə edirlər, bəzi fotolarda isə “Ops-Core” tipli dəbilqələr, CIRAS və ya JPC kimi zirehli gödəkçələr diqqəti cəlb edir.

Çin ÖHK-ları

Çin ÖHK-nın ümumi bazarı ildə təxminən 10 milyard dollardır. Orada cəmi 20 şirkət çalışır və ölkə xaricində müqavilə ilə rəsmi çalışan personalın ümumi sayı üç mindən çoxdur. Çin kompaniyalarının artan populyarlığının demoqrafik səbəbləri də mövcuddur. Ölkədə 21-25 yaş arası universitet məzunlarının təxminən iyirmi faizi öz ixtisaslarında iş tapa bilmir, Çin iqtisadiyyatının son illərdəki inkişafı hər kəsin ölkə daxilində ixtisaslı işlə təmin olunmasına imkan vermir, buna görə bəzi güclü gənclər bu cür təhlükəsizlik qurumlarında karyera qurmağı üstün tuturlar.

Onların statusu Çin polisindən daha aşağıdır, lakin ən təhlükəli əyalətlərdə, məsələn, Sincan Uyğur Muxtar Vilayətindəki polis məntəqələrini qorumaq üçün bu kompaniyalardan istifadə olunur.

Son illərdə Çin tərəfindən də müasir hərbi-siyasi mövcudluq aləti hesab edilən ÖHK-dan fəal şəkildə istifadə olunur. Bu kompaniyaların yüz minlərlə əməkdaşı Çinin Afrika və Asiyadakı iqtisadi maraqlarını qorumaq üçün səfərbər edilib. Çin kompaniyaları ABŞ və ya Böyük Britaniya şirkətləri qədər məşhur deyil, lakin bu onların mövcudluğunu inkar etmir.

Çindən gələn ÖHK əməkdaşları dünyanın müxtəlif ölkələrindəki Çin sənaye obyektlərini mühafizə edirlər. Çində bütün böyük biznes strukturlarının ümumi dövlət nəzarəti altında olduğunu nəzərə alsaq, özəl hərbi kompaniyaların da Çin səlahiyyətlilərinin məlumatı və dəstəyi ilə fəaliyyət göstərdiyini deyə bilərik.

Rəsmi olaraq isə Çin dövləti ÖHK-nın mövcudluğunu inkar edir. Yeri gəlmişkən, Çin özəl hərbi kompaniyaları beynəlxalq aləmə çıxışla bir qədər gecikdilər. ABŞ və İngiltərə özəl hərbi kompaniyaları qlobal təhlükəsizlik bazarında çoxdan iştirak edərkən Çin şirkətlərinin mövcudluğu barədə heç kim heç nə bilmirdi. 2000-ci illərin əvvəllərində debüt etdilər, lakin 2010-cu illərdə nisbətən ciddi bir səviyyəyə çatdılar.

Çin kompaniyalarının əsas vəzifəsi, ölkə xaricdəki, xüsusilə Afrika və Yaxın Şərqin “problemli” ölkələrindəki vətəndaşları və biznes obyektlərini qorunmaqdan ibarətdir. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında Çin biznesinin payı artır, bu isə daha çox obyektin ölkə hüdudlarından kənarda Çin şirkətlərinə və onlar üçün işləyən Çin vətəndaşlarına məxsus olduğunu göstərir.

Təbii ki, hücumlar, girov götürmə və qaçırma ilə bağlı hadisələrin qarşısının alınması üçün Çin şirkətləri özəl hərbi kompaniyalara müraciət edirlər. Hazırda Çin özəl hərbi kompaniyaları həm İraq və Əfqanıstandakı “qaynar nöqtələrdə” fəaliyyət göstərirlər, həm də Keniya, Nigeriya, Efiopiya və Afrika qitəsinin bir çox ölkələrində Çin müəssisələrinin və digər obyektlərin təhlükəsizliyini təmin edirlər.

Tək Anqolada 200 min-ə qədər, Nigeriyada 50 min, Sudanda 25 min, Konqoda 10 min, ümumilikdə bir milyon Çin vətəndaşı “Qara qitə”də fəaliyyət göstərən 800-ə yaxın böyük Çin şirkətində çalışır. Bu ilin iyununda Çin, Afrikadakı çoxmilyardlıq Çin maraqlarını dəstəkləmək üçün əlavə 2 milyard dollarlıq vəsaitin ayrıldığını elan etdi. Çin, eyni zamanda, BMT-nin sülhməramlı qüvvələrinin tərkibində bu qitədəki əməliyyatlarda rəsmi olaraq iştirak edir.

2016-cı ilin iyulunda Cənubi Sudanda yenidən iğtişaşlar başlayanda bu ölkədəki 330 nəfər Çin vətəndaşı ölüm təhlükəsi ilə üzləşmişdi. “DeWe Security” təhlükəsizlik şirkəti köməyə gəldi, mütəxəssislərin silahı olmasa da, ÇXR vətəndaşlarını xilas edib Keniyaya təxliyə edə bildilər.

Çin özəl hərbi şirkətləri ABŞ və hətta rus həmkarlarından daha az tanınırlar. Buna baxmayaraq, bəzi firmaları sadalamaq vacibdir, çünki onları fəaliyyətləri artıq uzun müddətdir ki, çox geniş miqyaslı bir xarakterə malikdir.

Əvvəla “Shandong Huawei Security Group” barədə danışaq. 2010-cu ildən bəri özəl təhlükəsizlik şirkəti ÇXR ordusunun və polisin xüsusi təyinatlı qüvvələrinin keçmiş hərbçilərini işə dəvət edir. Çində çoxlu sayda əhalinin olduğunu və güc strukturlarına müraciət edənlərə çox ciddi seçim meyarlarının tətbiq olunduğunu nəzərə alsaq, şirkətin kadrlarının hazırlığına şübhə ilə yanaşmaq doğru olmaz.

Üstəlik ÖHK-lar Əfqanıstanda və İraqda fəaliyyət göstərərək, Çin neft və tikinti şirkətlərinin obyektlərini qorumaq vəzifələrini yerinə yetirirlər. Bəzən Çin mühafizəçiləri silahsız fəaliyyət göstərir, çünki silah daşınmasını Çin qanunları qadağan edir. Əlbəttə ki, bəzi xarici ölkələrdəki kompaniyalar bu qadağanı nəzərə almırlar, lakin Cənubi Sudandakı münaqişənin yuxarıdakı nümunəsindən göründüyü kimi, bəzən Çin ÖHK əməkdaşları hələ də silah olmadan hərəkət etməli olurlar.

Çinli iş adamları yerli kompaniyalarının xarici şirkətlər üzərindəki üstünlüklərini artıq dərk edirlər.

Birincisi, sizinlə eyni dildə ünsiyyət quran, eyni mədəniyyət ənənəsində tərbiyə olunan həmvətənlərinizlə işləmək həmişə daha asandır.
İkincisi, Avropa və ABŞ ÖHK-ları həmişə çinli həmkarlarından daha bahalı xidmətlər təklif edirlər.
Üçüncüsü, Çin mütəxəssislərinin təlim keyfiyyəti ABŞ, Rusiya və ya Avropa döyüşçülərindən aşağı deyil.

Lakin Çin ÖHK-ları xaricdə bəzən xoş qarşılanmır. 2015-ci ildə “China Overseas Holdings” adlı Çin dövlət şirkəti Pakistan hökumətindən Ərəbistan dənizindəki Qvadar limanında yüz əlli iki hektar sahəni 43 illik icarəyə götürdü. Bura Çinin qərb əyalətlərində başlayan Çin-Pakistan iqtisadi dəhlizinin son nöqtəsidir. Pakistanın Planlaşdırma, İslahat və İnkişaf naziri Akson İqbal bu niyyətə qarşı çıxdı. Onun sözlərinə görə, Çin kompaniyalarının əməkdaşları ilə yerli əhali arasında gərginlik yarana bilər, buna görə təhlükəsizliklə Pakistan qüvvələrinin məşğul olmasına üstünlük verilməlidir.

Çin ciddi mərkəzləşdirilmiş bir dövlətdir və bəzi Çin şirkətlərinin Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi ilə razılaşdırılmadan və onun xeyir duası olmadan xarici bazara çıxması mümkün deyil. Nəticə etibarı ilə Çin kompaniyaları öz rəhbərlərinin əmrlərini deyil, Pekindən gələn Kommunist Partiyasının liderlərinin əmrlərini yerinə yetirəcəyi şübhəsizdir.

Fransa

Fransanın ÖHK mövzusundan kənarda qalmasını gözləmək sadəlövhlük olardı. Əvvəllər Fransa qanunvericiliyi özəl kompaniyalarda muzdlu əməkdaşlığa görə sıravi əsgərlər üçün 5 il həbs və 75.000 avro, vəzifəlilər (təşkilatçılar) isə 7 il həbs cəzası və 100.000 avro cərimə nəzərdə tutulurdu.

ÖHK Fransada qeyri-leqal olaraq mövcud olsa da, bu barədə heç bir mənbə yazmırdı. 2011-ci ilin may ayında Liviyanın Benqazi şəhərində, “Secopex” ÖHK-nın qurucularından biri olan 48 yaşlı Fransa vətəndaşı Pierre Marzialinin restorandan çıxarkən öldürülməsi özəl kompaniyaları yenidən Parisin gündəminə daşıdı.

Bundan sonra “Secopex”in başqa bir icraçı direktoru Robert Dyula, Qəddafinin əleyhdarları (radikal islamçılar və narkotik satıcıları da daxil olmaqla) üçün qeyri-müəyyən bir nüfuza sahib olduğunu söyləyən yoldaşının Fransa rəhbərliyinin “yeni maraqları”na “maneə yaratdığını” bildirdi.

Xatırladım ki, Qəddafi ilə yaxından işləyən, sonra isə onun devrilməsinin əsas təşəbbüskarı prezident Nikola Sarkozi oldu. Marzialinin ölümünə görə məsuliyyəti Qəddafi müxaliflərinin birləşdiyi Liviya Milli Keçid Şurası üzərinə götürdü. Şura öz bəyanatında, “Azad Liviyanın təhlükəsizliyinə xələl gətirən qanunsuz fəaliyyət göstərən beş fransızın həbsi zamanı Marziali ölümcül yaralandığını” elan etdi. “Secopex”in başqa bir icraçı direktoru Dyula, Marzialinin ölümündən düz bir ay əvvəl hər ikisinin Yelisey Sarayında qəbul edildiyini bildirdi.

Dyula “Secopex” şirkətinin həm Qəddafi, həm də üsyançılarla işlədiyini və pul qarşılığında ABŞ-a cihadçılar haqqında məlumat verdiyini bildirirdi. Bu hekayədəki həqiqətin nə qədər olduğunu bilmək çox çətindir, çünki Fransada dövlət qurumlarının ÖHK ilə əlaqələri “Tam məxfi” olaraq təsnif edilir. Bundan əlavə, özəl hərbi şirkətlərin nümayəndələri bəzən başqa dövlətin ərazisində olduqlarını da etiraf etmirlər, çünki bu qanunla cəzalandırılır.

Marzialinin ölümündən sonra “Secopex” rəsmi olaraq fəaliyyətini dayandırdı. İndi xarici ölkələrdə 130 fransız özəl kompaniyası fəaliyyətdədir, lakin onlardan heç biri rəsmən döyüş əməliyyatlarında iştirak etmir, yalnız “hərbi kadrların hazırlanması”, mühəndislik, təhlükəsizlik, gəmilərin təhlükəsizliyi və s. fəaliyyətlə məhdudlaşırlar.

“Biz dəvəquşu siyasəti yürüdürük” deyən millət vəkilləri, 2012-ci ilin qışında özəl hərbi müəssisələrin “kölgədən çıxmasına” icazə verən qanunun qəbul edilməsinə tərəfdar olduqlarını vurğulayırdılar. Bu digər prezidentlərin dövründə də davam etdi, çünki Fransa 200 (bəzi mənbələrdə 400) milyardlıq bazarın 90%-nə nəzarət edən ABŞ və İngiltərə şirkətləri tərəfindən tam nəzarət olunan ÖHK biznesindən kənarda qalırdı. Fransua Ollandın rəhbərliyi dövründə, 2014-cü ilin iyul ayında Fransa ÖHK-larına silah istifadə etməyə icazə verən “Gəmilərin Mühafizəsi üçün Özəl Fəaliyyətlər” haqqında məhdud qanun qəbul edildi.

Problemlə qarşılaşmaşmaq istəməyən Fransa kompaniyaları fərqli variantlardan istifadə edirlər: digər ölkələrdə yerli qanunvericilik əsasında fəaliyyət göstərən filiallar yaradırlar. Məsələn, Liviyadakı Aİ nümayəndəliklərinin təhlükəsizliyini təmin edən Fransanın “Argus” kompaniyası Macarıstanda qeydiyyatdan keçib.

“Dövlət suverenliyini təmin etmək” mövzusunda məsləhət vermək məqsədi daşıyan “Sovereign Global Solutions Ltd” adlı fransız şirkəti isə Londonda yaradılıb. Əlbəttə ki, fəaliyyətləri öz ölkələrində qanuniləşdirildiyi təqdirdə, bu bazardakı fransız iştirakçılarının fəaliyyəti daha asan olardı.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ÖHK   Britaniya   Fransa   Çin   Rusiya  

Özəl Hərbi Kompaniyaların yaranması və dünya təcrübəsi - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - II YAZI

2019/12/exout-1577603161.jpg
Oxunub: 4819     14:52     13 Yanvar 2020    