Özəl Hərbi Kompaniyaların yaranması və dünya təcrübəsi - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - I YAZI

2019/12/DJsPK-1577361714.jpg
Oxunub: 3045     10:56     08 Yanvar 2020    
Özəl Hərbi Kompaniya (Private military company) hərbi münaqişələrdə iştirak etmək, kəşfiyyat məlumatları toplamaq, obyektləri mühafizə etmək, strateji planlaşdırma, logistika və konsaltinq xidmətləri təşkil etmək üçün yaradılan kommersiya müəssisəsidir.

Özəl Hərbi Kompaniyaların (ÖHK) hərbi ekspertlərinin, məsləhətçilərinin və təlimatçılarının silahlı münaqişələrdə güc strukturlarına müqavilə əsasında təlim keçmək təcrübəsi qədim tarixə malikdir.

ÖHK-ların yaranması

Müasir mənada ilk dəfə müasir Özəl Hərbi Kompaniya olaraq adlandırıla biləcək “Watchguard International” şirkəti 1967-ci ildə Böyük Britaniyada, daha əvvəl SAS (Special Air Service) qruplarını yaradan ingilis ordusunun polkovniki David Sterlinq tərəfindən təsis edilib. Britaniya, Fransa və Belçika muzdlularının Afrikada (1950- 1965), Yəməndə (1963-1967) və Kongolez böhranında (1960-1965) gizli əməliyyatlarda iştirakını təhlil edən Sterlinq, ölkələrin dövlət orqanlarını, müttəfiqləri və ya şirkətləri rəsmi şəkildə təmin edə biləcək tamhüquqlu kommersiya qurumunun yaradılması qənaətinə gəldi.

1970-ci illərin ortalarında ÖHK-ların müqaviləli personalının sayında artım qeydə alındı. İlk böyük müqavilələrdən biri 1974-cü ildə ABŞ-ın “Northrop Grumman” hərbi-sənaye konserninə məxsus “Vinnell Corp.” ÖHK ilə ABŞ hökuməti arasında bağlandı. Müqavilənin dəyəri yarım milyard dollardan çox oldu. “Vinnell Corp.” əməkdaşları Səudiyyə Ərəbistanının Milli Qvardiyasının döyüş hazırlığı və bu ölkədəki neft yataqlarının qorunması ilə məşğul olmalı idilər.

ÖHK-ların ortaya çıxması ötən əsrin 80-ci illərində daha geniş vüsət aldı. Soyuq müharibədən sonra əsasən ABŞ və Böyük Britaniya ordularında yenidənqurma və özəlləşdirmə baş verdi. Şəxsi podratçılar və subpodratçılar dövlətin istifadə etdiyi müəyyən müəssisə və obyektləri əldə etdilər. Soyuq müharibə dövründə dövlət tərəfindən xidmətlərindən istifadə edilən keçmiş hərbçilər mühafizəçi, təlimatçı, kəşfiyyatçı, əməliyyatçı və s. kimi digər peşəkar kadrları ətrafına toplayaraq müxtəlif missiyalar üçün özəl hərbi kompaniyalar yaratdılar.

ÖHK-lar dövləti digər ölkələr ərazisində baş verən vətəndaşlarına görə məsuliyyət daşımaqdan qismən azad edir. Son illərin ənənələri isə göstərir ki, bu kompaniyalarda yalnız “dəniz pişikləri” və ya “dərin kəşfiyyat” ustaları deyil, həmçinin “ağ yaxalı” hakerlər, proqramçılar, analitiklər və tərcüməçilər də xidmət edir.

Ötən əsrin 80-ci illərindən etibarən ABŞ özəl həbsxanalarını ÖHK mühafizə və idarə edir. Hazırda bu həbsxanalarda 133 mindən çox məhkum var. Körfəz müharibəsi zamanı İraqdakı ABŞ ÖHK üzvlərinin sayının 180 mindən, Əfqanıstanda isə 130 mindən artıq olduğu bildirilir.

2006-cı ildə, müdafiə haqqında federal qanun (DFARS) isə müqavilə öhdəliklərinin tələb etdiyi şəraitdə ÖHK üzvlərinə ölümcül silahlardan “özünümüdafiədən kənar” vəziyyətdə belə istifadəyə icazə verən düzəliş qəbul edildi.

2008-ci ildə İsveçrənin Montre şəhərində 17 ölkənin (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Çin, Ukrayna və Polşa daxil olmaqla) nümayəndələri tərəfindən imzalanan “Özəl hərbi və təhlükəsizlik kompaniyaları üçün davranış kodeksi haqqında” beynəlxalq sənəd hökumətlər üzərinə ÖHK-ların fəaliyyətinə nəzarət törətdikləri cinayətlərə görə məsuliyyət funksiyasını qoydu, onların birbaşa hərbi əməliyyatlarda iştirakını qadağan etdi. ABŞ daxilində ÖHK Silahlı Qüvvələrin pilotlarına, dəniz piyadalarına və dənizçilərinə mövcud qanunvericilik çərçivəsində təlimlər keçir, siyasətçiləri və strateji obyektləri qoruyur.

Funksiyaları

Müxtəlif ÖHK-lar fərqli funksiyaları yerinə yerirmək üçün nəzərdə tutulur:

- ABŞ beynəlxalq sülhməramlı qüvvələri üçün şəxsi heyətin seçilməsi (“DynCorp”);
- Vacib və strateji əhəmiyyətə malik obyektlərin qorunması (“DynCorp” ABŞ-ın strateji neft ehtiyatının qorunmasını təmin edir);
- İraqdakı neft yataqları və boru kəmərlərinin qorunması (“Blackwater Security Consulting”, “Erinys Iraq Limited”);
- İraqın enerji sisteminin qorunması (“Hart Group”);
- Əfqanıstanda ABŞ səfirliyinin təhlükəsizliyi və Əfqanıstan Prezidentinin təhlükəsizliyi (“Triple Canopy”);
- İraq və Əfqanıstandakı BMT karvanlarının müşayiəti (“Kroll”);
- Hökumət silahlı qüvvələrinin, polis və digər təhlükəsizlik qüvvələrinin şəxsi heyətinin təlimi (2002-ci ilin fevral ayında İsrailin “Lev Dan” şirkətinin 70 əməkdaşı Konqo silahlı qüvvələrinə təlim verirdi);
- Hərbi tərcümə xidmətləri (CACI);
- İraq və Əfqanıstanda həbsxanaların mühafizəsi (“Titan Corporation”);
- Minaların təmizlənməsi və partlamayan hərbi sursatların məhv edilməsi (RONCO, MAG, BACTEC, “Armor Group”, “Minetech”, EODT);
- Yanğından mühafizə (“Group 4 Falck”);
- Qoşunların maddi texniki təminatı (KBR);
- Hava kəşfiyyatı (“AirScans Inc.”, “Eagle Aviation Services & Technology”);
- Silahlı müşayiət və gəmilərin piratlardan qorunması (“Global Marine Security Systems”);
- Təlim funksiyaları - bu demək olar ki, hazırda bütün ÖHK-ların əsas vəzifələrindən biridir.

Dünyanın müxtəlif ölkələrində fərqli istiqamətlər üzrə özəl hərbi kompaniyalar yaradılıb. Onların cəmiyyət üçün faydalı olub-olmaması barədə fikir bildirmək üçün əvvəlcə onların ən məşhurlarının fəaliyyətlərinə nəzər salmaq vacibdir.

ABŞ/“Blackwater”

ÖHK-lara tələbatın sürətlə artması ən yaxşı şəkildə özünü “Blackwater” (Qara Su, indiki “Academi”) nümunəsində göstərir. 1997-ci ildə şirkət 27 yaşlı keçmiş “dəniz pişiyi” Erik Prins və atəş hazırlığı üzrə təlimatçı El Klark tərəfindən Şimali Karolina və Virciniya sərhədindəki torf bataqlıqlarının ərazisində quruldu. Burada ilk hərbi təlim meydançası üçün ərazi əldə edən şirkət, ABŞ-ın “Koul” esminesinə terror hücumundan dərhal sonra 100 min dənizçi yetişdirmək üçün ilk böyük hökumət müqaviləsinə sahib oldu.

“Blackwater” ÖHK İraqdakı əməliyyatlar sayəsində məşhurluq qazanıb. Onun döyüşçüləri Bağdadda çox sayda mülki şəxsin ölümü ilə nəticələnən əməliyyatlarda iştirak etdilər. Bundan əlavə, kompaniyanın silah qaçaqmalçılığı ilə məşğul olduğu barədə şayiələr də mövcud idi. 2010-cu ilin mart ayında Əfqanıstandakı ABŞ anbarlarından 500-dən çox “Kalaşnikov” və digər silahların yoxa çıxdığı bir qalmaqal da baş verdi. Sentyabr ayında şirkətin bir neçə əməkdaşı silah alverində ittiham edildi. Digər tərəfdən isə “Blackwater”in təxminən iki yüz əməkdaşı ABŞ tarixindəki ən dağıdıcı “Katrina” qasırğasının fəsadlarının aradan qaldırılması üçün xilasetmə işlərində iştirak etdi.

2009-cu ildə kompaniya “Xe Services” MMC adlandırıldı, lakin bu, onun fəaliyyətinin mahiyyətini dəyişmədi. 2010-cu ildə şirkətin “Academi” adlandırıldı.

Hazırda “Academi” hərbi əməliyyatların keçirilməsi və yüklərin müşayiəti üçün sifarişlər üzrə ixtisaslaşan nəhəng özəl hərbi kompaniyadır. Bundan əlavə, korporasiya daxilindəki hər bölmənin öz funksiyası var. “Blackwater Maritime Solutions” adlanan dəniz bölməsinin bir çox ölkələrdə dəniz qüvvələrinin xüsusi təyinatlı bölmələrini hazırladığı barədə məlumatlar bir neçə açıq mənbələrdə mövcuddur.

Bundan əlavə, bölmə idarəolunan raket silahlı USS “Cole” esminesinin şəxsi heyətinə təlim keçir və eyni zamanda Əfqanıstan, İsrail, İraq və Bosniyadakı diplomatları mühafizə edirdi.

2003-cü ildə kompaniya təyyarələrin təmiri və istismarı ilə məşğul olan və üç törəmə şirkətə sahib “Aviation Worldwide Services” şirkətini əldə etdi. Bu şirkət ABŞ hərbi təşkilatı ilə çox fəal əməkdaşlıq edir, onun sərəncamında bir neçə MD-530 helikopteri və İraqda müharibə zamanı istifadə olunan CASA 212 və “Boeing 767” təyyarələri mövcud idi. Eyni şirkət Əfqanıstan, Pakistan, Özbəkistan və Qırğızıstanda yük daşınması ilə məşğul idi.

Əgər 2001-ci ildə şirkət ABŞ büdcəsindən 735 min dollar alırdısa, 2005-ci ildə bu məbləğ 25 milyona, bir il sonra isə 600 milyon dollara çatdı. 2003-cü ildə “Blackwater” kompaniyasının döyüşçülərinin İraqda olduqlarını təsdiqləyən görüntülər yayıldı. Onlar rəsmi olaraq yerli polisə və orduya təlim keçirdilər, əslində isə birbaşa hərbi əməliyyatlarda da iştirak edirdilər.

“Academi” tərkibinə həmçinin PUA dizaynı ilə məşğul olan “Blackwater Airship”, yühgül zirehli vasitələrin zirehlənməsini həyata keçirən “Blackwater Armored Vehicle”, inşaatla məşğul olan “Raven Development Group” və xidməti itlərə təlim verən K-9 şirkətləri daxildir. Kompaniyanın beyin mərkəzini isə “Xe Watch” şirkəti təşkil edir, onun funksiyası korporasiyanın bölmələrinin bütün fəaliyyətlərini izləməkdən, hərbi münaqişələr, silah qaçaqmalçılığı və hərbi sahə ilə əlaqəli digər fəaliyyətlər haqqında məlumat toplamaqdan və onları analiz etməkdən ibarətdir.

Rəsmi press-relizdə şirkətin təhlükəsizlik və nəqliyyat xidmətləri, hava yolu ilə daşınma, ordunun maddi-texniki təminatı və humanitar dəstək əməliyyatlarını təmin etdiyi bildirilir. Bundan əlavə, “Academi” heyəti fəlakət bölgələrində qanun və qaydanın bərqərar edilməsinə də kömək edə bilir.

Qeyd edək ki, bu şirkət ABŞ hökuməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq üçün seçilən və avadanlıqlarla təchiz edilən beş şirkət arasındadır.

G4S

Dünyanın ikinci ən böyük özəl mühafizə kompaniyası G4S hesab edilir. Onun əməkdaşlarının sayı 657 min nəfərə çatır. Bu təhlükəsizlik xidmətləri göstərən çoxmillətli bir kompaniyadır, onun qərargahı Böyük Britaniyanın Kroli şəhərində yerləşir.

Şirkətin dünyanın 125 ölkəsində nümayəndəlikləri mövcuddur. G4S 2004-cü ildə Danimarkanın “Group 4 Falck” və Britaniyanın “Securicor PLC” şirkətləri ilə birləşməsindən sonra təsis edildi. 2006-2008-ci illərdə kompaniya rəhbərləri, törəmə şirkətlərin insan hüquqları və əməyin mühafizəsi standartlarına hörmət etmədiyini iddia edən həmkarlar birlikliyi tərəfindən tənqid edildi. 2008-ci ildə G4S böyük musiqi və idman yarışlarında təhlükəsizliyi təmin etməyə başladı. Xidmətlərin genişlənməsinin səbəbi, bu sahədə ixtisaslaşan “Rock Steady Group” şirkətinin alınması oldu. Bundan əlavə, 2008-ci ildə minalardan təmizlənməsi və döyüş sursatının zərərsizləşdirilməsi sahəsində ixtisaslaşan aparıcı şirkətlərdən biri olan “RONCO Consulting Corporation” alındı. Elə həmin il G4S “Armor Group International” şirkətini aldı və “Global Solutions Limited” şirkətinin alınmasını isə başa çatdırdı.

2009-cu ildə şirkət təhlükəsizlik şirkətlərini almaqda davam etdi. Əsasən biznes və texniki konsaltinq sahəsində İngiltərə bazarının liderləri, baza əməliyyatlarına və idarəetməyə dəstək verən aparıcı, inteqrasiya edilən təhlükəsizlik və rabitə sistemlərinin ABŞ provayder şirkətləri satın alındı.

G4S kompaniyası da qalmaqalsız deyil. 2009-cu ildə, Qərbi Avstraliyada şirkət əməkdaşları tərəfindən kondisioner sistemi və suya çıxışı olmayan maşında daşınan bir nəfər məhbus öldü. Elə həmin il “Vesteborg” helikopterində qarət hadisəsi baş verdi. Oğurluğu təhlil etdikdən sonra həm polis, həm də şirkət kəskin tənqid edildi.

2011-ci ildə G4S, qanun pozucularını izləmək üçün istifadə olunan proqram və aparat təminatı da daxil olmaqla, elektron monitorinq texnologiyalarının dizaynı və istehsalında ixtisaslaşan “Guidance Monitoring” şirkətini əldə etdi. Elə həmin ilin sonunda G4S İngiltərədəki fövqəladə hallar üzrə ixtisaslaşan “Chubb” şirkətinin aktivlərini də aldı.

Şirkətin əsas fəaliyyəti təhlükəsizlik xidmətlərinin göstərilməsinə, pul vəsaitlərinin (qiymətli əşyaların) təhlükəsiz daşınma xidmətlərinin göstərilməsinə və təhlükəsizlik xidmətlərinin komplektləşdirilməsi xidmətlərinin göstərilməsinə yönəlib. Bundan əlavə, şirkət əməkdaşları polis adından cinayətkarları nəzarət altında saxlayır və hava limanlarında təhlükəsizlik xidmətləri göstərir. Şirkət təhlükəsizlik sistemlərinin tətbiqi üzərində işləyir, banklara logistika xidmətləri göstərir və nağd pul idarəetməsini təmin edir, məhdud təhlükəsizlik infrastrukturu olan ərazilərdə konsaltinq (məsləhətçi), risklərin idarə edilməsi və təhlükəsizlik dəstəyi proseslərində iştirak edir. Bundan əlavə, G4S əməkdaşları ərazilərdə sursatların təmizlənməsi, şəxsi heyətin hazırlanması və Britaniyanın dəmir yolu şirkətlərinin gəlirlərini qorumaq xidmətləri ilə məşğul olur.

Korporasiyanın müştəriləri arasında bir çox suveren dövlətlərin hökumətləri, korporasiyalar, maliyyə qurumları və kommunal xidmətləri ilə bərabər hava və dəniz limanlarına, logistika və nəqliyyat təminatçılarına və xüsusi şəxslərə rast gəlinir.

2011-ci ildə şirkət rəhbərliyi əməyin mühafizəsi, insan hüquqları, korrupsiyaya qarşı mübarizə və ətraf mühitin qorunması da daxil olmaqla, işgüzar davranışın təşviqi üçün beynəlxalq standart hesab edilən BMT Qlobal Sazişini imzaladı.

“FDG Corp.”

Digər bir ABŞ özəl hərbi kompaniyası “Qrup R” (“Fort Defence Group Corporation”, qısaca FDG Corp.) 1996-cı ildə dəniz piyadası A. Rodriges tərəfindən təsis edilib. Bir neçə il sonra rus zabiti D. Smirnov onun tərədaşı oldu. Baş ofisi Ceksonvildə yerləşən şirkət fəaliyyətini dünyanın demək olar ki, bütün qaynar nöqtələrində - Somali, Ədən körfəzi, İraq, Qvineya-Bisau, İsrail, Fələstin, Qəzza zolağı və Əfqanıstanda cəmləşdirib. Şirkət gəmi və yük təhlükəsizliyi, hərbi logistika, dəniz və quru nəqliyyatı, yüksək riskli ərazilərdə əməliyyatlar üçün xüsusi bölmələr və təhlükəsizlik qruplarının təlimi və hərbi məsləhət xidmətləri kimi xidmətlər göstərir.

Təşkilatda xüsusi rol, həm suyun üstündə, həm də suyun altında yüksək peşəkar səviyyədə terrorizmə qarşı mübarizə apara biləcək təhlükəsizlik üzgüçülərini özündə birləşdirən FDG SEAL bölməsinə ayrılıb. Şirkət həm Ədən Körfəzində Somali hökumətinə kömək edirdi, həm də Qvineya-Bisauda minalardan təmizlənmədə, hərbi tullantıların utilizasiyasında və və sahil mühafizə xidmətinin təşkilində iştirak edirdi.

Şirkətə humanitar və hərbi yüklərin Afrikaya daşınması, 2006-2007-ci illərdə İraqın Ənbar əyalətindəki buraxılış məntəqələrinin qorunması, 2011-ci ildə “9-cu bölük” memorialının açılışı zamanı Əfqanıstandakı veteran heyətinin təhlükəsizliyini təmin etməsi və 2007-ci ildə ABŞ nümayəndələrini Qəzzada müşayiət etməsi ilə məşhurlaşdı. Bundan əlavə, şirkətin döyüşçülərinin İraqdakı “Səhra Tülküsü” və “Səhra Fırtınası” əməliyyatlarında iştirak etdiyi və neft tankerlərinin Umm Qəsr limanından Hind-Çin hövzəsi ölkələrinə hərəkətini müşaiyət etdiyi də qeyd edilir.

2010-cu ildə şirkət Əfqanıstan və İraqda fəaliyyətini optimallaşdırmaq üçün mühüm hüquqi və təşkilati dəyişikliklərə məruz qaldı.

“DynCorp”

ABŞ-ın ən böyük özəl hərbi kompaniyaları arasında “DynCorp” da yer alır. Şirkət 1946-cı ildə qurulan iki şirkətdən: təyyarələrə texniki xidmət göstərən “Land-AirInc” və aviasiya biznes daşınmasında ixtisaslaşan “California Eastern Airways”dən ibarətdir. Sonuncu hərbi pilotlar tərəfindən qurulub. Onlar hava ilə yük daşınma bazarını yaratdılar və Koreya müharibəsi dövründə ABŞ qoşunlarına xidmət göstərmək üçün müqavilə əldə etdilər. Bundan əlavə, “White Sands” raket poliqonu ilə də müqavilə bağlandı. Bəzi ekspertlər bu şirkətin MKİ ilə əlaqəli olduğuna əmindirlər.

“Land-AirInc” 1951-ci ildə Kaliforniyanın “Eastern Airways” şirkəti tərəfindən alınıb. Bir il sonra xarici hökumətlər və aviaşirkətlər üçün kommersiya təyyarələri və onların ehtiyat hissələrinin satışında ixtisaslaşan AIRCAR şirkəti ilə birləşmə baş verdi.

1961-ci ildə “Dynalectron Corporation” adını alan şirkət yenidən quruldu. Şirkət genişləndikdən sonra onun tərkibində bir neçə böyük qrup müəyyən edildi: enerji, müqavilə, aviasiya və dövlət xidmətləri. Yarandığı üç onillik ərzində şirkət digər 19 şirkəti özünün tərkibinə əlavə etdi, nəticədə əməkdaşlarının sayı 7 min nəfərə, illik gəliri isə 300 milyon dollara çatdı.

1976-1981-ci illər ərzində şirkət daha 14 firmanı mənimsədi və 1986-cı ilə qədər Şimali Amerikada müdafiə sifarişləri bazarında lider oldu. Bir il sonra kompaniya adını “DynCorp” olaraq dəyişdirdi. 1994-cü ilə qədər onun gəlirləri 1 milyard dollardan çox oldu, üç il sonra isə 2.4 milyard dolları keçdi. Kompaniya 40-a yaxın şirkəti aldı və işçilərinin sayını 24 min nəfərə çatdırdı.

“DynCorp” ABŞ ordusu üçün raket sınaqlarını, vaksin hazırlanmasını və ABŞ səfirliklərində təhlükəsizlik qurğularının quraşdırılmasını həyata keçirirdi.

Daha sonra, biznesin şaxələndirilməsi məqsədilə kompaniya rəqəmsal xidmətlərin istehsalı ilə məşğul olan daha 19 şirkəti satın aldı, bu isə “DynCorp” tərəfindən informasiya texnologiyaları sahəsində nəhəng dövlət müqavilələri əldə etməyə imkan verdi. 2003-cü ildə kompaniyanın fəaliyyətinin təxminən 50 faizi FTB və MKİ üçün İT xidmətlərindən ibarət idi.

Hazırda “DynCorp” ildə 3.4 milyard dollardan çox illik gəlir əldə edir, 10 mindən çox əməkdaşı hava əməliyyatları, reabilitasiya və inkişaf, texniki xidmət və istismar, xüsusi xidmət orqanlarının təlimi və təhlükəsizlik xidmətləri kimi sahələrdə çalışır.

Şirkətin əməkdaşları narkotik ticarəti və terrorizmlə mübarizə əməliyyatları zamanı hava dəstəyini də əmin edir. Bundan əlavə, Əfqanıstan Hərbi Hava Qüvvələrinin pilotları üçün təlimlər də keçirilir. İraqdakı müharibə illərində “DynCorp” axtarış-xilasetmə işləri, çevik hərəkət qüvvələrinin yerləşdirilməsi və tibbi təxliyə ilə məşğul olub. Hazırda kompaniya əməkdaşları ABŞ hərbi təyyarələrinə və helikopterlərinə texniki xidmət edir, meşə yanğınlarına qarşı mübarizədə hava dəstəyi verir.

2010-cu ildə kompaniyada münaqişədən sonrakı və münaqişə zonalarında humanitar yardım göstərmək və islahatlar aparmaq üçün xüsusi şöbə yaradıldı. Bununlada kompaniya mütəxəssisləri Qanada dövlət maliyyə idarəetməsinin gücləndirilməsində, Uqandada dinc həyatın bərpasında və Malavi, Madaqaskar və Nigeriyada antikorrupsiya proqramlarının təşkilində köməklik göstərə bildilər.

2010-cu ildən kompaniya kəşfiyyat xidmətləri üçün təlim kursları keçməyə başladı. Hazırda kompaniyanın əks-kəşfiyyat və kəşfiyyat zabitləri üçün təlim xidmətləri göstərməyə, xüsusi əməliyyatların əsaslarını öyrətməyə, habelə ABŞ ordusu üçün hərbi tərcüməçilər hazırlamağa hazır olan 300-ə yaxın mütəxəssisi mövcuddur.

“DynCorp”da bəzi qalmaqallar da yaşanıb. Beləliklə, 90-cı illərin sonlarında onun əməkdaşları pedofiliya və uşaq alverində ittiham olunublar. Araşdırma zamanı bu cinayətlərə dair bəzi sübutlar əldə edildi. Bundan əlavə, Bosniya və Herseqovinada çalışan əməkdaşlar 2000-ci ildə insan alverində ittiham olundular. Cinayətlərdə iştirak edənlərin hamısı işdən azad olunsa da, heç biri məsuliyyətə cəlb edilmədi. Tezliklə şirkət rəhbərliyi etiraf etdi ki, bundan əvvəl də bir neçə əməkdaş bu cür cinayətlərə görə işdən çıxarılıb.

2001-ci ildə Ekvador fermerləri “DynCorp” əməkdaşlarını gündəlik əhalinin sağlamlıq vəziyyətinə və məhsuldarlığa mənfi təsir göstərən herbisidləri əraziyə çiləməkdə günahlandırdılar. Sonra daha bir qalmaqal yarandı: Əfqanıstanda polis təliminə cəlb olunan şirkət işçiləri narkotik qəbulunda və azyaşlıları cinsi istismar etməkdə günahlandırıldılar. Lakin bütün bunlar şirkətin fəaliyyətinə mənfi təsir göstərmədi.

MPRI

ABŞ-da digər məşhur ÖHK MPRI hesab edilir. 1987-ci ildə istefada olan general V. Lyus tərəfindən təsis edilən kompaniyanın tərkibində təxminən 350 ehtiyyatda olan amerikalı general çalışır. Bu şirkət İraq ordusunun idarəetmə və islahatlarını, Gürcüstanda silah seçimi, tədarükü, doktrina və konsepsiyaların inkişafını ilə məşğul olur, həmçinin situasiya və əməliyyat problemlərini həll edir, humanitar əməliyyatlar və hərbi təlimlər həyata keçirir. ÖHK Pentaqon və MKİ ilə birlikdə hərəkət edərək ABŞ və digər dövlətlərin hakimiyyət nümayəndələrinə xidmət göstərir. Hazırda kompaniyaya Soyster, Vuono və Krezen kimi generallar rəhbərlik edir.

MPRI ABŞ hərbi mütəxəssislərinin ən böyük məlumat bazasına sahibdir. Kompaniya əməkdaşları dəfələrlə yerli qarşıdurmalarda və müharibələrdə iştirak edib, buraya Kolumbiya, Liberiya və Makedoniya hökumətlərinə yardım əməliyyatları daxildir. ÖHK, həmçinin 1995-ci ildə Xorvatiya ordusu üçün təlim və əməliyyatların planlaşdırılmasını həyata keçirib. Məsələn, 1995-ci ilin avqustunda Xorvatiyada MPRI tərəfindən təşkil edilən “Fırtına” uğurlu əməliyyatı həyata keçirildi. Sonradan xorvatlar əməliyyat zamanı etnik təmizləmə apardıqları iddiası səbəbindən MPRI rəhbərliyinin əməliyyatda iştirakını rədd etdi. Bosniya hərbçiləri isə MPRI-nın onların ordusunun hazırlanması ilə məşğul olduğu təqdirdə “Dayton Saziş”lərini imzalamağa hazır olduqlarını açıqladılar. Beləliklə kompaniya 1998-1999-cu illərdə Albaniyada Kosovo silahlıları ilə, 2000-2001-ci illərdə isə Makedoniyada müxtəlif fəaliyyətinə davam etdi.

Bosniya və Əfqanıstanda MPRI əməkdaşlarının dini qrupların tərkibində döyüşdükləri də iddia edilir. ABŞ hökuməti siyasi proseslərə rəsmi müdaxilə etmədən, qarşıya qoyulmuş məqsədlərə bu yolla da nail olurdu.

2012-ci ildə Serbiya ictimai təşkilatları 1995-ci il Xorvatiya ərazisində serblərin soyqırımında MPRI kompaniyasının əli olduğu iddiası ilə çıxış etdilər, çünki xüsusi əməliyyat başlamazdan əvvəl kompaniyanın mütəxəssisləri Xorvatiya silahlı qüvvələrinin əsgər və zabitlərinə təlim keçirdilər. Təşkilatlar Xorvatiyadan qovulan serblər üçün 10 milyard dollar təzminat, yəni hər serbə görə 25 min dollar tələb edirdi, lakin bu iddialar əsassız olduğu üçün təmin edilmədi. MPRI nümayəndələri iddia ilə razılaşmadıqlarını və kompaniyanın 1990-cı illərdə Xorvatiya ilə əməkdaşlıq etməsini BMT-nin Zaqrebə tətbiq olunan sanksiyalarının pozulması kimi sayıla bilməyəcəyini bildirdi.

MPRI hazırda ABŞ-ın Afrikadakı siyasətini həyata keçirən əsas vasitədir. Hazırda kompaniya qitədə humanitar və sülhməramlı əməliyyatlar həyata keçirə biləcək çevik hərəkət qüvvələri yaratmaq üçün bir neçə proqramda iştirak edir. MPRI Nigeriyada fəal hərbi islahat aparır. Mərkəzi Afrikada öz xidmətlərini Konqo hökumətinə təqdim etmək üçün uğursuz cəhd edən kompaniya hazırda baza olaraq Ekvatorial Qvineyanı seçib.

(Ardı var...)
Hərbi ekspret Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ÖHK   ABŞ  

Özəl Hərbi Kompaniyaların yaranması və dünya təcrübəsi - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - I YAZI

2019/12/DJsPK-1577361714.jpg
Oxunub: 3046     10:56     08 Yanvar 2020    