Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni yazıçı və jurnalist, “The California Courier” qəzetinin redaktoru Harut Sasunyan deyib.
O, Sorosun Ermənistana müdaxilə etdiyini düşünmür: “Hesab etmirəm ki, Soros və ya Tramp gecələri yuxusuz qala və Ermənistanı ələ keçirmək, yaxud onu idarə etmək barədə düşünə bilər”.
Onun sözlərinə görə, ermənilərin Qarabağ problemi yoxdur.
“Fikrimcə, bizim Qarabağ problemimiz yoxdur. Biz artıq Qarabağ problemini müharibə ilə həll etmişik. Başqa sözlə desək, biz dinc həll təklif etməyə ehtiyac durmuruq, çünki artıq məsələlərimizi həll etmişik. Danışıqlar problemi belə yoxdur”,- deyə erməni yazıçı bildirib.
Sasunyan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin son həlli yalnız döyüş sahəsində olacaq.
Alpər Mövludoğlu
Ordu.az