Zatulin əsəbləşdi: “Bu “Zatulin planı” deyil, “Lavrov planı”ıdır”

2018/12/resiz-1544435334.jpg
Oxunub: 1472     13:13     14 Dekabr 2019    
“Heç kim mənə Lavrov adından danışmağı təklif etməyib. Mənim soyadım Zatulindir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin İrəvanda jurnalistlərlə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “Lavrov planı” ilə bağlı danışıqlara toxunarkən deyib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmdəyarov müsahibə vermiş və növbəti dəfə danışıqlar prosesinin təfərrüatlarını təqdim edib.

Xarici İşlər naziri Məmmədyarov xüsusilə Ermənistan tərəfinin “Lavrov planı”nı danışıqlara təqdim etdiyini vurğulayıb.

O, bu gün danışıqlarda konkret məqamların müzakirə olunduğu, danışıqların gündəmində isə Qarabağ münaqişəsinin nizamlanmasında mərhələli variantın olmasını bildirib. Xarici İşlər naziri Bratislavadakı son danışıqların sərt keçdiyini, tərəflərin öz “qırmızı xətt”lərini təqdim etdiklərini bildirib.

“Hətta müharibə olsa belə, bu əzəli davam etməyəcək və hər halda bu və ya digər şəkildə danışıqları davam etdirməli olacağıq”, - deyə Azərbaycan Xarici İşlər naziri Ermənistan Xarici İşlər naziri ilə aparılan danışıqlarda konkret və real məqamların müzakirə olunduğunu bildirib.

Zatulin bunun “Zatulin planı” deyil, “Lavron planı” olduğunu əsas gətirərək, şərh etməkdən imtina edib və bildirib ki, Lavrovdan onun planının nə olduğunu soruşmaq məntiqli olardı.
O qeyd edib, uzun illərdir tərəflər müxtəlif qətnamələr barədə danışırlar.

Zatulinin sözlərinə görə, Rusiyanın rolu ondan ibarətdir ki, tərəflər güc tətbiq etmədən razılığa gələ bilsinlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Zatulin   Lavrov   Qarabağ  

Zatulin əsəbləşdi: “Bu “Zatulin planı” deyil, “Lavrov planı”ıdır”

2018/12/resiz-1544435334.jpg
Oxunub: 1473     13:13     14 Dekabr 2019    