ABŞ kəşfiyyat qurumuna işləyən erməni deputatın sərhəddə nə işi var?

2019/12/a3466-1576234310.jpg
Oxunub: 877     11:44     14 Dekabr 2019    
Cəmi bir ay əvvəl Ermənistan parlamentinin deputatı Arman Babacanyanın adı Amerikanın özəl “Stratfor” kəşfiyyat şirkətinə məlumat verənlər siyahısında adı hallanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Ankakh.com”, “Qolos Armeni” və bir sıra digər KİV-lər məlumat yayıb.

Babacanyan hər hansı bir açıqlama verməkdən yayınıb və aidiyyəti qurumlar da anlaşılmaz sükut içindədir. Bunun əvəzinə erməni deputat prokurorluğa şikayət məktubu yazdı və Ermənistan polisinin 6-cı şöbəsinin əməkdaşlarını “Ankakh.com” saytının redaktorunun evinə göndərdi.

Qeyd edək ki, Babacanyanın adının “Stratfor”un agentləri siyahısına necə düşdüyü barədə ictimaiyyətə heç bir açıqlama verilməyib.

Bir neçə gün əvvəl Babacanyan bəzi xarici xeyriyyəçiləri sərhəd kəndlərindəki 3 yaşına çatmamış uşaqlara (onun sözlərinə görə Azərbaycana birbaşa həmsərhəd kəndlər) pul bağışlamağa inandırdığını açıqlayıb. Buna görə də o, statistikanı, mövcud vəziyyəti və meylləri öyrənməyə başlayır.

Sonda bu təşəbbüslə bağlı bir çox sual yaranır. Mediada Babacanyanın kəşfiyyat qurumunun informasiya daşıyıcısı olduğu barədə məlumatlar yayılıb. Nə deputat, nə də dövlət qurumları xəbəri təkzib etməyib.

Əslində, ABŞ xüsusi xidmət orqanının informasiya daşıyıcısı sayılan erməni deputat xeyriyyəçilik və vətənpərvərlik bəhanəsi ilə Azərbaycanla həmsərhəd erməni kəndlərinin əhalisinin ətraflı siyahıları ilə tanış olmaq istəyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   ABŞ   Kəşfiyyat  

ABŞ kəşfiyyat qurumuna işləyən erməni deputatın sərhəddə nə işi var?

2019/12/a3466-1576234310.jpg
Oxunub: 878     11:44     14 Dekabr 2019    