Erməni politoloq: “Paşinyanın daxili və xarici siyasəti təhlükəsizliyimizə ciddi şəkildə zərbə vurub”

2019/12/56-15-1576234111.jpg
Oxunub: 647     16:47     13 Dekabr 2019    
“Paşinyanın daxili və xarici siyasəti təhlükəsizliyimizə ciddi şəkildə zərbə vurub, müharibə ehtimalını artırıb”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb.

O, bunun səbəbinin xəyanət yox, cahillik olduğunu düşünür.

“Ermənistanın Baş nazir və Xarici İşlər naziri susurlar. Onların əvəzinə “Mənim Addımım”dan İgityan və Qarabağda “namizəd” Harutyunyan danışır. Onlar Qarabağın azərbaycanlı icmasının nümayəndəsinin danışıqlarda iştirak etməsinə qarşı deyillər. Bütün bunlardan mühakimə edərək, bu, rəsmi İrəvanın baxışıdır, sadəcə Paşinyan hələki şəxsən deməyə “utanır”. Budur, hesablanmamış, aydın olmayan proqram və populist məqsədlərlə verilən “Qarabağ danışıqlar masası ətrafında oturmalıdır” bəyanatı nə ilə başa çatır. Bakı Paşinyanın bu bəyanatından yapışdı. Vasitəçilərin dəstəyini aldı.

Mən bunun xəyanət olduğu düşüncəsində deyiləm. Bu, cahilliyin nəticəsidir. Xəyanət cahilliyə bərabərdir. Məmmədyarovun müsahibəsi yayınmağa yer qoymadı. “Blinçik” və Breqoviç vasitəsilə diqqət yayındırmaq alınmayacaq”, - deyə politoloq qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   Böhran  

Erməni politoloq: “Paşinyanın daxili və xarici siyasəti təhlükəsizliyimizə ciddi şəkildə zərbə vurub”

2019/12/56-15-1576234111.jpg
Oxunub: 648     16:47     13 Dekabr 2019    