Məktəblilər Heydər Əliyev adına AAHM-i ziyarət ediblər - VİDEO

2019/12/1576230096.jpg
Oxunub: 827     18:05     12 Dekabr 2019    
Müdafiə Nazirliyinin dəstəyi ilə Ulu Öndərin anım günü ərəfəsində Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin müəllim, şagird və valideynləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.

Hayatsk.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, əvvəlcə şagirdlər ümummilli lider Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad edərək abidəsi önünə tər gül dəstələri qoyublar.

Şagirdlərə AAHM-in yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verilib. Qonaqlar məktəbin ərazisi, kursant yataqxanası və trenajor bölməsi ilə də tanış olublar.

Elektron atış sinfində sursatdan istifadə etmədən atışlar keçirildiyi məktəblilərin diqqətinə çatdırılıb, onlara kompüter atış trenajorunun xüsusiyyətlərindən danışılıb.

Trenajorlar bölməsində uşaqlar silah-sursat, mühəndis, rabitə və digər avadanlıqlarla əyani tanış olublar.

Ekskursiya zamanı kursantların gündəlik iş rejimi və nizam - intizam qaydaları haqqında da ətraflı məlumat verilib.

Məktəbin klubunda Heydər Əliyev Muzeyi ilə tanışlıq uşaqlar üçün çox xoş olub. Ulu Öndərin həyat və fəaliyyəti haqqında verilən məlumatlar və nümayiş etdirilən eksponatlar uşaqların böyük marağına səbəb olub.

Sonda sinif rəhbəri Gülnarə Quliyeva bu tədbirin təşkilinə dəstək olduqlarına görə Müdafiə Nazirliyinin rəhbərliyinə, Ulu Öndərin adını daşıyan Ali Hərbi Məktəbin komandanlığına və 220 nömrəli məktəb-liseyin direktoruna təşəkkürünü bildirib.

Şagirdlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən unudulmaz təəssüratlarla ayrılıblar.

Hayatsk.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Heydər-Əliyev  

Məktəblilər Heydər Əliyev adına AAHM-i ziyarət ediblər - VİDEO

2019/12/1576230096.jpg
Oxunub: 828     18:05     12 Dekabr 2019    