ABŞ Əfqanıstandakı qüvvələrinin sayını azalda bilər

2019/12/downl-1576222968.jpg
Oxunub: 791     11:39     13 Dekabr 2019    
Pentaqon Əfqanıstandakı ABŞ qoşunlarının sayını azaltmaq üçün bir neçə variantı, o cümlədən daha kiçik antiterror missiyaları keçirilən variantları nəzərdən keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birgə Baş Qərargah Rəislərinin sədri Mark Milli məlumat verib.

Milli bölgədən çıxarılacaq qoşunların dəqiq sayını deməsə də, ABŞ-ın Əfqanıstanda silahlılarla mübarizə üçün daha az hərbi qulluqçu saxlayacağını bildirib.

Qeyd edək ki, ABŞ-ın hazırda Əfqanıstanda 13 minə yaxın hərbi qulluqçusu var. Onlardan 5 minə yaxını antiterror missiyaları həyata keçirir. Qalanları Əfqanıstan təhlükəsizlik qüvvələriniə təlimlər keçmək, məsləhət vermək və kömək etmək üçün NATO missiyasının tərkib hissəsindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Əfqanıstan   NATO  

ABŞ Əfqanıstandakı qüvvələrinin sayını azalda bilər

2019/12/downl-1576222968.jpg
Oxunub: 792     11:39     13 Dekabr 2019    