Məhz Heydər Əliyev Azərbaycanın geosiyasi və tarixi şəraitə uyğun siyasətini müəyyənləşdirdi

2019/12/aa3a8-1576218086.jpg
Oxunub: 1064     13:37     13 Dekabr 2019    
Bəşəriyyətin dünyaya bəxş etdiyi az sayda şəxsiyyətlər vardır ki, tarixdə onların bənzəri olmur, onlar insanlığın zirvəsinə çevrilir, xalqının sevimlisi, istinad mənbəyi olur, bütün ictimai və siyasi fəaliyyətini onun xoşbəxt gələcəyi naminə qurur, bir sözlə, insanlıq tarixində əbədiyaşarlıq qazanırlar. Bu şəxsiyyətlər sırasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əlçatmaz, uca və bənzərsiz yeri var. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, bütün mənalarında zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, tarixini müəyyənləşdirib.

İllər bir-birini əvəz etdikcə Ümummilli Liderimizin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq, qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. İnkişaf etmiş dövlətlərlə iqtisadi və siyasi əlaqələr quruldu. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali məclis və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu.

Ulu öndər Heydər Əliyev yaşadığı dövrdə bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır. Dahi rəhbər xalqımızın ən çətin anında - sovet imperiyasının dağıldığı, ölkənin parçalandığı, xalqın ruhdan düşdüyü bir dövrdə siyasi meydana xalqın xilaskarı kimi daxil oldu. Ulu Öndər torpaqların itirildiyi, qaçqın və köçkünlərin artdığı bir zamanda Azərbaycan xalqına ruh verdi, onu müstəqil Azərbaycan uğrunda qələbəyə apardı. Bu dahi insan XX əsrin 60-cı illərindən ömrünün sonuna qədər məqsədyönlü və ardıcıl fəaliyyət göstərdi, xalqımızın nəyə qadir olduğunu nümayiş etdirdi, insanlarda azadlıq, müstəqillik ruhunu yüksəltdi, təhlükə qarşısında qalan müstəqilliyimizi qorumaq və möhkəmləndirmək üçün özünü qadir sərkərdəyə, xalqı isə cəsur əsgərə çevirməyi bacardı.

Ümummilli Liderimiz müstəqil Azərbaycan Respublikası qurulduqdan sonra dövlətin müxtəlif istiqamətlərdə fəaliyyətini müəyyənləşdirdi, onlar arasında əlaqəni yaratdı. Azərbaycan Konstitusiyasının müəllifi olan dövləti və xalqı müdafiə etməyə qadir olan ordu yaratdı, dağılmış iqtisadiyyatı dirçəltmək istiqamətində güclü iş apardı, Azərbaycanın siyasi və iqtisadi istiqamətlərdə aparıcı ölkələrlə bağlılığını təmin etdi. Azərbaycanın geosiyasi və tarixi şəraitə uyğun siyasətini müəyyənləşdirdi, enerji ehtiyatlarından xarici siyasətdə bacarıqla istifadə etdi, xalqımızın zəngin mədəniyyətini qorumaqla onu dünya xalqlarına tanıtdı. Ən önəmlisi, balanslaşdırılmış xarici siyasətin əsasını qoydu.

Etiraf etmək lazımdır ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyimizin ayrılmaz tərkib hissəsinə və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində ümummilli lider Heydər Əliyev şəxsiyyəti mühüm rol oynamışdır. Əbədiyaşarlıq qazanan dahi rəhbərimizin fəaliyyətində bir tamlıq mövcuddur. Böyük şəxsiyyət azərbaycançılığın yaradıcısı, ilhamçısı və müdafiəçisi olmuşdur.

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən Ulu Öndər xalqın ürəyində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl - Heydər Əliyev ideyaları məşəlini yandırmışdır. Bu məşəl ilahi bir varlığın istəyi ilə günü-gündən daha da güclənir, parlaq səmalarda Azərbaycanın simvoluna çevrilir.

Bəli, ölkəmizin müasir dönəmdə hərtərəfli inkişafı Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə qayıdışı, Azərbaycanın Prezidenti seçilməsi ilə başladı. Ulu öndər Heydər Əliyev Prezident seçilərkən xalq və dövlət qarşısında Konstitusiyaya və Qurani-Kərimə içdiyi anda sadiq qalaraq, biliyini, təcrübəsini, qüvvəsini Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr etdi.

Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirdi. Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəmədi.

Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının həyata keçirilməsinin təminatçısı oldu, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin təminatçısına çevrildi, Azərbaycan Respublikasında azadlığın, demokratik dəyişikliklərin, Azərbaycan Respublikasının demokratik hüquqi dövlət kimi inkişaf etdirilməsinin qollarını müəyyənləşdirdi. Azərbaycan Respublikasının dünya dövlətləri içərisində, dünya birliyində ləyaqətli yer tutmasına çalışdı.

Azərbaycan xalqının milli və mənəvi ənənələrinə daim sadiq qalaraq, bu ənənələrin Azərbaycanda bərqərar olmasına, yaşamasına təminat yaratdı.

Ulu Öndər xalqı üçün yaşadı, yaratdı, bütün ömrünü özünün də dediyi kimi, xalqına həsr etdi.

Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. İnanırıq ki, dövlətimiz ümummilli liderimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq, daha da inkişaf edəcəkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Heydər-Əliyev   Ordu  

Məhz Heydər Əliyev Azərbaycanın geosiyasi və tarixi şəraitə uyğun siyasətini müəyyənləşdirdi

2019/12/aa3a8-1576218086.jpg
Oxunub: 1065     13:37     13 Dekabr 2019    