Şəxsi heyət yüksək döyüş əzmi ilə xidmət edir

2019/12/dc4ef-1576216663.jpg
Oxunub: 948     15:47     14 Dekabr 2019    
Yüksək döyüş hazırlıqlı ordunun şəxsi heyəti həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olmalıdır ki, onun güclü ordu olduğu etiraf edilsin. Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında olması onun şəxsi heyətinin həm yüksək döyüş, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunun göstəricisidir.

Ordu quruculuğu dövlət üçün prioritet olduğuna görə onun maddi-texniki bazası genişlənir, silahlanmaya yeni, müasir texnikalar, avadanlıqlar və qurğular daxil edilir, müxtəlif təyinatlı təlimlər keçirilir ki, bunlar da şəxsi heyətin döyüş hazırlığının daha da yüksəlməsini təmin edir. Bununla bir sırada mənəvi-psixoloji hazırlığın səviyyəsi də yüksəldilir. Bu baxımdan Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən tədbirlərin əhəmiyyəti böyükdür.

Şəxsi heyətə keçirilən ictimai-siyasi dərslərdə bu və ya digər mövzular öyrədilir. Bu proses təkcə öyrədənin mühazirəsi, yaxud söhbəti ilə tamamlanmır. Belə dərslər ya sual-cavab, ya diskussiya, ya da müzakirə formatında aparılır ki, bunlar da mövzunun mənimsənilməsində dəyərli pedaqoji üsullardandır.

Hər mövzunun özünəməxsus tədris metodu vardır. Bu metod zabitə təklif oluna da bilər, onu zabitin özü müəyyənləşdirə də bilər. Təcrübə göstərir ki, dərs təqdim edilən üsulla zabitin müəyyən əlavələriylə keçiriləndə daha səmərəli olur. Xocalı soyqırımı haqqında təqdim edilən tematik plan əsasında zabitlərimizdən biri dərsi belə bir əlavəylə keçmişdi.

Dərsdə Xocalı faciəsini görənlərin bir neçəsinin təəssüratlarının audio yazısı təqdim edilmişdi. Əsgərlər o faciənin ağrılarını daha həssaslıqla duymuşdular. Yəni, faciə haqqında müəyyən faktları yaddaşına köçürən əsgər onları şahidlərin təəssüratlarıyla qoşa yaşadır. Bu anlar vətənpərvərlik duyğularının daha da yüksəldilməsində mühüm amillərdən biri olur.

Müdafiə nazirinin əmriylə vaxtilə xidmət etdiyi mövqeyə, Tovuz rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə kənddə magistral yola Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adı verildi. Bu tədbirlər eyni vaxtda keçirildi, əsgər və zabitlər də, ictimaiyyətin nümayəndələri də bu tədbirləri böyük coşqu ilə, vətənpərvərlik duyğularıyla izlədilər. Vaxtilə xidmət etdiyi mövqedə qəhrəmanın barelyefi qoyuldu. Bu münasibətlə keçirilən tədbirdə qəhrəmanın atasının dediyi kəlmələri xidmətə gələn əsgərlər də, tərxis olunan əsgərlər də duyğusallıqla yaşadırlar: "Mənim oğlum idin, oğlum, indi Vətənin oğlu oldun. Bir qardaşın vardı, indi minlərlə qardaşın var". Şəhid oğula atanın belə müraciəti əsgərlərin mənəvi-psixoloji hazırlığında gərəkli fikir kimi həmişə xatırladılır. Həmin postda döyüş növbətçiliyindən qayıdan əsgərin dedikləri heç zaman unudulmayacaq: "Mən Azərbaycan Ordusunun əsgəri olmağımla nə qədər fəxr edirəmsə, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xidmət etdiyi mövqedə xidmət etməyimlə də o dərəcədə qürurlanıram". Təbii ki, bu qürurun ömrü uzun olacaq, ictimailəşdirilmiş bu dəyərli fikri eşidən neçə-neçə çağırışçı məhz bu mövqedə xidmət etməyi arzulayacaq. Göründüyü kimi, bir əsgərin dedikləri həm də yeniyetmələrin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyətə malik olur. Yəni, ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin mətbuatla əlaqəsi həm də bu baxımdan dəyərli olur. Bu tezisi gerçəkləşdirməkdə "Azərbaycan Ordusu" qəzetinin köməyindən faydalanırıq.

Kütləvi vətənpərvərlik tədbirlərinin də əhəmiyyəti qeyd olunmalıdır. Belə tədbirlər Müdafiə nazirinin təsdiq etdiyi plan əsasında aparıldığına görə keçirilən dərslərin mahiyyətini tamamlayır. Əsgər görür, eşidir, gördükləri, eşitdikləri düşüncələrinin nizamını, məzmunluğunu, milli mentalitetə uyğunluğunu da təmin edir. Nəticə etibarilə mənəvi-psixoloji hazırlıq prosesini tənzimləyir.

Bu günlərdə hərbi hissəmizdə "Qarabağ Azərbaycandır və nida işarəsi" mövzusunda disput keçirildi. Əsgərlərin fəallığı, mövzu ilə bağlı maraqlı fikirlər deməsi həm onların mənəvi-psixoloji hazırlığının səviyyəsinin təsdiqiydi, həm də onların nitq qabiliyyətinin inkişafına müəyyən qədər təsiri oldu. Əsgərlərin səsləndirdiyi hər fikir onun vətənpərvərliyinin təsdiqi kimi dinlənildi. Bir fikir əsgərlərin hamısını coşdurdu: "Düşmən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fikrindən sonra torpaqlarımızdan çəkilib getməli olduğunu bilməlidir. Bilməsə, getməsə, Ali Baş Komandanın döyüş əmriylə Azərbaycan əsgəri torpaqlarımızı işğaldan döyüşlə azad edəcəkdir. Döyüş olarsa, biz də həmin döyüşlərdə iştirak etmək istərdik". Əsgərin düşüncəsi bu niyyətdə olmasa bu hərbi hissənin əsgərlərinin, bu hərbi hissənin əsgərlərinin timsalında ordumuzun əsgərlərinin mənəvi hazırlığının səviyyəsinin təsdiqidir.

Hərbi hissələrdə şairlərlə görüşlərin də səmərəsi az deyil. Əsgər şair sözü eşidir, şeir dinləyir. Məlumdur ki, şeir dinləyənlərə daha həssaslıqla təsir göstərir. Bu baxımdan şair sözü dinləyən, şeirlər eşidən əsgərin döyüş əzmi də yüksəldilir, qələbə ruhu da.

Şəxsi heyətin asudə vaxtının səmərəli təşkili də əhəmiyyətlidir. Asudə vaxtlarda bədii ədəbiyyatın təsirindən səmərəli bəhrələnmək mümkündür. Məhz hansı əsərin oxunuşunu müəyyənləşdirən, oxunuşdan sonra həmin əsərin müzakirəsini keçirən zabit mənəvi-psixoloji hazırlıqda daha təsirli nəticələrə nail olacaqdır. Bu baxımdan yazıçı Aqil Abbasın "Dolu", Abdulla Qurbaninin "Çingiz dastanı", Rəşid Faxralının "Lələtəpə", "Bayraqtəpə" poemalarına və s. müraciət olunası əsərlərdir. Bu əsərlərin mahiyyəti tamamilə vətənpərvərlik ruhu deməkdir.

Hərbi hissələrdə keçirilən hər tədbir şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xidmət edir. Bu, hər bir zabitin hərbi xidmətinin tərkib hissələrindəndir.

Rüstəm Məmmədov, "N" hərbi hissəsi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şəxsi-heyət   Azərbaycan  

Şəxsi heyət yüksək döyüş əzmi ilə xidmət edir

2019/12/dc4ef-1576216663.jpg
Oxunub: 949     15:47     14 Dekabr 2019    