Hərb tariximizə daha bir tövhə: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu"

2019/08/_1016-1565093148.jpg
Oxunub: 946     12:28     13 Dekabr 2019    
Ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Şüküroğlunun "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu" kitabı Cümhuriyyət Ordusunun yaranması və formalaşması tarixinə, ordu quruculuğu sahəsində görülmüş işlərə, bu mühüm və taleyüklü prosesin dövlət tərəfindən necə qurulmasına həsr edilib. Kitabda, həmçinin Qarabağda, Zəngəzurda və ölkəmizin qərb sərhədlərində erməni təcavüzünün qarşısının alınmasından, Cənub bölgəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, ordumuzun cəsur, vətənpərvər zabit və əsgərlərindən bəhs olunur.

Ordu quruculuğu çətin və mürəkkəb bir prosesdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründən ordu quruculuğu prosesinin öyrənilməsi vacib və gərəklidir, həm də bugünkü ordu quruculuğu üçün də böyük əhəmiyyətə malikdir.

Müəllif Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaranması və formalaşmasını ümumiləşdirmiş, arxiv sənədlərində və dövri mətbuatda öz əksini tapmış obyektiv faktlara istinad edib.

Kitabda Müsəlman Korpusunun yaradılması, Cümhuriyyət rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin formalaşdırılmasında ardıcıl və planlı fəaliyyət, uğurlu Qarabağ əməliyyatları, bolşevik təcavüzünə qarşı mübarizə ətraflı araşdırılıb. Türk ordusunun Cümhuriyyətin müdafiəsində danılmaz rolu, Qafqazda və Azərbaycanda həyata keçirdiyi geniş döyüş fəaliyyətinə də kitabda xüsusi yer verilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında əvəzsiz xidmətləri olmuş Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Azərbaycanın ilk Hərbiyyə naziri, tam ordu generalı Səməd bəy Mehmandarov, "rus artilleriyasının allahı" Əlağa Şıxlinski, Xosrov bəy Sultanov, Azərbaycan Ordusunun ilk qərargah rəisi Həbib bəy Səlimov, general Süleyman bəy Əfəndiyev, general Əbdülhəmid bəy Qaytabaşı, general Murad Gəray Tlexas kimi tarixi şəxsiyyətlərin, hərb xadimlərinin həyat və fəaliyyətləri də kitabda maraqlı və yaddaqalan faktlarda öz əksini tapıb.

Tədqiqat işində zəngin arxiv materiallarından, sənədlərdən, Cümhuriyyət Ordusunda xidmət etmiş hərbçilərin memuarlarından və s. mənbələrdən istifadə olunmuşdur. Lətif Şüküroğlunun uzun müddət Silahlı Qüvvələrlə bağlı analitik təhlillər aparması, şübhəsiz, belə bir sanballı və qiymətli əsərin işıq üzü görməsiylə nəticələnməliydi. Kitab, müəyyən mənada, gələcək tədqiqatlar üçün də istiqamətverici mənbə ola bilər.

Lətif Şüküroğlunun "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu" kitabı Silahlı Qüvvələrimizin xüsusi təyinatlı tədris müəssisələrinin kursantları, dinləyiciləri, müəllimləri, o cümlədən hərbi-elmi tədqiqatlar üçün dəyərli vəsait olacaq.

Bayram Məmmədov, istefada olan polkovnik-leytenant, Silahlı Qüvvələrin Hərbi Akademiyasının müəllimi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: AXC   Ordu-quruculuğu  

Hərb tariximizə daha bir tövhə: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu"

2019/08/_1016-1565093148.jpg
Oxunub: 947     12:28     13 Dekabr 2019    