Ordu İdeoloji və Mədəniyyət Mərkəzində "Narkomaniya və sərxoşluğa yox deyək!" devizi altında dəyirmi masa keçirilib

2019/12/2ae93-1576215197.jpg
Oxunub: 870     10:21     13 Dekabr 2019    
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində "Narkomaniya və sərxoşluğa yox deyək!" devizi altında dəyirmi masa keçirildi. Dəyirmi masanın təşkil olunmasında əsas məqsəd ölkə Prezidenti İlham Əliyevin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" haqqında sərəncamından irəli gələn məsələlərin Azərbaycan Ordusunda həyata keçirilməsidir.

Tədbirdə mövzu ilə bağlı mütəxəssislər - Müdafiə Nazirliyinin aidiyyəti idarələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri, zabitlər, əsgərlər, kursantlar və başqa qonaqlar iştirak etdilər.

"Narkomaniya və sərxoşluğa yox deyək!" devizi altında keçirilən dəyirmi masada mütəxəssislərin geniş məruzələri dinlənildi.

Tədbirin aparıcısı H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin zabiti leytenant Günel Dadaşova bəşəriyyətin ən qorxulu bəlalarından olan narkomaniya və sərxoşluqdan söz açaraq günümüzün ən aktual mövzusu kimi daim diqqət mərkəzində saxlanılmalı olduğunu dedi: "Əfsuslar olsun ki, bu gün narkotik maddələrin aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən əsas sütundur. Azərbaycanda sosial sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib".

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bölmə rəisi polkovnik Həbib Məmmədov mövzunun aktuallığını nəzərə çatdıraraq bildirdi ki, yaşadığımız həyat bəşər övladının ölümünün müxtəlif səbəblərdən gerçəkləşdiyini artıq bizə sübut edibdir. "Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və s. bu kimi amillərin sırasındadır. Son illər sadalananların sırasına “ağ ölüm” adlandırdığımız narkomaniya da əlavə olunub. Narkomaniya birbaşa intihar halı olmasa da, onun insanları tədricən məhv etdiyi, ölümə sürüklədiyi inkaredilməzdir."

Artıq uzun müddətdir, narkomaniyanın müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biri olduğunu deyən polkovnik təəssüflə bildirdi ki, “ağ ölüm” adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. "Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır."

Bölmə rəisi məruzəsində narkomaniyaya qarşı görülən dövlət tədbirlərindən və bu istiqamətdə orduda aparılan fəaliyyət planından da danışaraq qeyd etdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il 1334 saylı Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nı rəhbər tutaraq illik fəaliyyət planı hazırlanıb, aidiyyəti dövlət orqanları, ictimaiyyət, Qeyri-Hökumət Təşkilatları və kütləvi informasiya vasitələri ilə birlikdə bu fəaliyyət planının yerinə yetirilməsi istiqamətində Azərbaycan Ordusunda birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində, müəssisə və təşkilatlarda bir sıra tədbirlər həyata keçirilib. "Hərbi hissə və bölmələrin komandirləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, müəssisə və təşkilatların rəhbərləri müvafiq strukturlarla birlikdə bu işi daim nəzarətdə saxlayır, kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirlər. Ordu gəncləri arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunması məqsədilə “ağ ölüm”lə mübarizəyə dair müxtəlif mövzularda təlim-metodiki məşğələlər, tərbiyəvi iş saatları, konfranslar, dəyirmi masalar, seminarlar təşkil olunub və maarifləndirmə tədbirləri həyata keçirilib."

Tibb Baş İdarəsinin şöbə rəisi polkovnik Firudin Nəsibov məruzəsində narkotik maddələrin qrupları, narkomanlar arasında yaranmış xəstəliklər, narkomaniyanın müalicə üsulları, tibbi nöqteyi-nəzərdən sağlam həyata dönüşün yolları haqqında geniş və ətraflı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin dövlət qulluqçusu İlqar Orucov məruzəsində narkomaniyanın tarixindən, “ağ ölüm”ün qara bəlalarından, narkomaniya xəstəliyinə düçar olanların xarici əlamətlərindən, narkomaniyanın yaranma səbəblərindən, cəmiyyətin bu qorxunc bəladan necə qurtarmasından və ona qarşı mübarizə yollarından geniş bəhs etdi.

Tədbir iştirakçıları Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti polkovnik Füzuli Abbasovun, Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Klinik psixoloqu Şahin Əliyevin və digərlərinin mövzu ilə bağlı dəyərli fikirlərini, tövsiyə və çıxışlarını maraqla dinlədilər.

Dəyirmi masada hər bir məruzədən və çıxışdan sonra geniş diskussiya quruldu, müzakirələr aparıldı, zabit, əsgər və kursantların fikirləri dinlənildi, mütəxəssislər verilən sualları cavablandırdılar.

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Narkomaniyaya-qarşı   Azərbaycan  

Ordu İdeoloji və Mədəniyyət Mərkəzində "Narkomaniya və sərxoşluğa yox deyək!" devizi altında dəyirmi masa keçirilib

2019/12/2ae93-1576215197.jpg
Oxunub: 871     10:21     13 Dekabr 2019    