NATO-nun Stoltenberq Paradoksu

2019/12/34-1576152191.jpg
Oxunub: 833     17:29     12 Dekabr 2019    
70-ci ilini geridə qoyan NATO 30 il əvvəl başa çatmış Soyuq Müharibədən sonra ən sərt çətinlikləri ilə üzləşməkdədir. Alyans Rusiyanın Krımı anneksiyası, Donald Trampın ciddi tənqidləri, Birləşmiş Krallığın “Brexit”lə gündəmə gələn Kiçik İngiltərəyə metamorfozu kimi problemlərlə qarşı-qarşıyadır. Buna baxmayaraq NATO son illərdə Mərkəzi və Şərqi Avropaya qarşı öhdəliyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, lakin daha çoxunun edilməsinə ehtiyac duyulur.

Doğrudur ki, ABŞ və NATO-nun avropalı üzvləri müdafiə xərcləri, ticarət, iqlim dəyişikliyi, 2015-ci il İran nüvə sazişi kimi əhəmiyyətli məsələlərlə bağlı fikir ayrılıqlarına sahibdir. Bunun hazırkı Baş katib Yens Stoltenberq son dəfə Polşanın paytaxtı Varşavaya etdiyi səfərində etiraf etdi. Lakin elə onun da dediyi kimi, NATO daxilindəki hərbi əməkdaşlıq uzun illərdir olduğundan daha yaxşı səviyyədədir. Bu “Stoltenberq Paradoksu” NATO-nun Şərq qanadının proqressiv gücləndirilməsində daha yaxşı özünü büruzə verir.

Stoltenberq haqlı olaraq NATO-nun yaın illərdəki islahatlarını xatırlatdı. Məsələn Alyans özünün yeni Yüksək Hazırlıq Müştərək Taktiki Qrupunu formalaşdırdı. Əlavə olaraq Rusiyaya alyansın üzv dövlətlərinin müdafiəsində ciddi olduğunu göstərmək məqsədilə Şərq qanadında bir neçə geniş miqyaslı hərbi təlimlər keçirib. Bunlar xüsusilə Baltikyanı dövlətlər və Polşa üçün vacibdir.

NATO-nun çoxmillətli batalyonlarının Şərq qanadı ölkələrində növbəli yerləşdirilməsi alyansın qətiyyətindən xəbər verir. Möhkəmləndirilmiş İrəli Mövcudluq planı ABŞ hərbi personalı və ləvazimatının regiona transferini də özündə ehtiva edir. Nəticə etibarilə hazırda Polşada 4400 amerikalı əsgər var.

Müttəfiqlər ötən ilin iyulunda Brüsseldə baş tutan sammitdə daha bir vacib addım atdılar. Bu, NATO Hazırlıq Təşəbbüsü və ya “Dörd Otuz” layihəsinin qəbulu idi. Layihədə göstərilir ki, alyans 30 gün ərzində yerləşdirməyə hazır 30 mexanikləşdirilmiş quru batalyonu, 30 hava eskadrilyası və 30 döyüş gəmisinə sahib olmalıdır. Bu, NATO-nun “çevik möhkəmləndirmə ilə çəkindirmə” doktrinasının ürəyini təşkil edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Stoltenberq  

NATO-nun Stoltenberq Paradoksu

2019/12/34-1576152191.jpg
Oxunub: 834     17:29     12 Dekabr 2019    