Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirak etməsinə qarşıdır – EKSPERTLƏR

2019/12/456-1576143210.jpg
Oxunub: 1028     15:09     12 Dekabr 2019    
“Azərbaycanlı icmanın Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil edilməsi təqdricən “icmalararsı” prinsipdə danışıqlara səbəb olacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Hayatsk” analitik mərkəzin eksperti Hasmik Vardanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan-Qarabağ əlaqələri daimi komissiyasının sədr müavini Hovhannes İgityanın Paşinyana istinad edərək “Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirak etməsində problem yoxdur” bəyanatını verməsi olduqca narahatvericidir.

Vardanyan qeyd edib ki, Qarabağ və Ermənistanın münaqişənin həlli ilə bağlı fikirlərinin üst-üstə düşməsi fonunda azərbaycanlı icmanın Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil edilməsi təqdricən “icmalararsı” prinsipdə danışıqlara səbəb olacaq.

“Onların məsələsi qaçqınların geri qaytarılması tezisi fonunda ümumi münaqişənin həll komponentidir”,- deyə Vardanyan vurğulayıb.

Erməni politoloq Hrant Melik-Şahnazaryan bildirib ki, əgər Qarabağın azərbaycanlı icması Qarabağa (qondarma qurum-red.) paralel və ya bərbarər olacaq məntiqlə danışıqlar masasına gətirilirsə, Qarabağın danışıqlarda ümumiyyətlə iştirak etməməsi daha yaxşıdır.

Onun sözlərinə görə, bununla Qarabağ icma statusuna malik olacaq.

Şahnazaryan qeyd edib ki, Ermənistanın Qarabağın (qondarma qurum-red.) danışıqlarda iştirak etməsi ilə bağlı məqsədi dövlət rəsmiləri tərəfindən qorunmur.

“Jurnalistlər Azərbaycan və Ermənistan nümayəndələrini təmsil edirlər, lakin onlardan Edqar Elbakyan Qarabağ nümayəndəsi kimi Azərbaycana gedib, Azərbaycan tərəfdən də jurnalistlərdən biri Qarabağın azərbaycanlı icmasını təmsil edirdi”,- deyə politoloq bildirib.

Onun sözlərinə görə, Bakıda baş tutmuş görüş zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağın azərbaycanlı icmasının statusu barədə bildirib.

“Rəsmi İrəvan bu bəyanatlara da cavab verməyib, bu, problemə bələd olan mütəxəssisləri narahat etməyə bilməz”, - deyə Melik-Şahnazaryan bildirib.

Daşnaksütun partiyasının Qarabağ Mərkəzi komitəsinin nümayəndəsi Davit İşxanyan isə qeyd edib ki, Qarabağ tərəfinin danışıqlar prosesində iştirakı 1997-ci ildən başlayaraq hər zaman səsləndirilir.

“Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra hakimiyyət bu məsələni gündəmə gətirdi ki, bu da Qarabağda aktivliyə səbəb oldu. Bununla belə, Qarabağın azərbaycalı icmasının danışıqlar prosesinə cəlb olunması özündə çox ciddi narahatlıqları ehtiva edir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirak etməsinə qarşıdır – EKSPERTLƏR

2019/12/456-1576143210.jpg
Oxunub: 1029     15:09     12 Dekabr 2019    