Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu dünən jurnalistlərə açıqlamasında Ermənistan Ərazi İdarəetməsi və Alt Strukturlar naziri Suren Papikyan yeni atom stansiyasının tikilməsi ilə bağlı verilən suala cavab verərkən deyib.
O qeyd edib ki, hazırda Rusiya, Koreya, ABŞ daha kiçik güclü atom stansiyaları proqramlarına malikdir, lakin bunlar hələki fəaliyyət göstərməyib.
“İstisna etmirəm ki, hansısa mərhələdə fəaliyyətə başlayanda Ermənistan bənzər problemi öz qarşısına qoya bilər. Lakin hazırda enerji bloku öz ömrünü 2026-cı ilə qədər uzada bilər, lakin 2036-cı ilə qədər də yolveriləndir”, - deyə Papikyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az