ABŞ Konqresi 2020-ci il üçün 738 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib

2019/12/10506-1575964621.jpg
Oxunub: 845     13:21     10 Dekabr 2019    
ABŞ Senatı və Nümayəndələr Palatasının Silahlı Xidmət Komitəsi bazar ertəsi günü 2020 maliyyə ili üçün ölkənin müdafiə xərclərini 738 milyard dollar həcmində müəyyənləşdirmək barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Konqres məlumat yayıb.

Yeni büdcədə əvvəlki ilə nisbətən 3%-lik artım müşahidə olunub.

Məlumata görə, büdcəyə Rusiya və Çin ilə rəqabət üçün yeni tədbirlər, federal işçilərin ailə tətili və Trampın çoxdan arzuladığı Kosmik Qüvvələrin yaradılması, ölkə xaricindəki əməliyyatları dəstəklənməsi və s. daxildir.

Qeyd olunur ki, Müdafiə Nazirliyi və Energertika Departamenti üçün 658,4 milyard dollar, ölkə xaricindəki əməliyyatların dəstəklənməsi üçün 71.5 milyard dollar və ekstremal hava və təbii fəlakətlər vurduğu zərərin bərpası üçün 5.3 milyard dollar nəzərdə tutulub.

Konqresdə, həmçinin Türkiyəyə Rusiyanın raketdən müdafiə sistemini satın alması və Şimali Koreyanın nüvə silahını inkişaf etdirmək səylərinə sərt reaksiya verilməsi tələb olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Konqres   Müdafiə-büdcəsi  

ABŞ Konqresi 2020-ci il üçün 738 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib

2019/12/10506-1575964621.jpg
Oxunub: 846     13:21     10 Dekabr 2019    