Erməni jurnalist: “Əgər silah alqı-satqıları gizlədilmirsə, gurultulu bəyanatlar verməyə ehtiyac yoxdur”

2019/06/Karen-1560408330.jpg
Oxunub: 955     20:12     10 Dekabr 2019    
“Ermənistanın Baş naziri Nikol Paşinyan son 1.5 ildə misli görünməmiş silah alqı-satqıları həyata keçirdiyimizlə bağlı həvəsləndirilmiş bəyanat verdikdə Azərbaycan tərəfi bunu bizə qarşı istifadə edə bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Razm.info” saytının koordinatoru Karen Vrtanesyan deyib.

O qeyd edib ki, Ermənistanın ordunu yeniləməyə, silahlanmanı yeniləməyə davam etməyi çox yaxşıdır, lakin gurultulu bəyanatlar vermək lazım deyil, çünki Azərbaycan deyə bilər ki, Ermənistan misli görünməmiş silah atqı-satqıları həyata keçirir və bizə hücum etməyə hazırlaşır.

Vrtanesyanın sözlərinə görə, əgər silah alqı-satqıları gizlədilmirsə, bu cür bəyanatlar verməyə ehtiyac yoxdur.

“Heç kim silah alqı-satqılarının edilmədiyini demir, lakin bir çox müqavilələr çoxdan imzalanıb. Elə deyil ki, silahlanma müqavilələrini bir gündə imzalayasan, növbəti gün isə silahı alasan”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Silah   Paşinyan  

Erməni jurnalist: “Əgər silah alqı-satqıları gizlədilmirsə, gurultulu bəyanatlar verməyə ehtiyac yoxdur”

2019/06/Karen-1560408330.jpg
Oxunub: 956     20:12     10 Dekabr 2019    