Erməni general-mayor MTX-nin məhv etdiyi sənədlər barədə: “Mən onların yerini deməyə hazıram”

2019/12/00-40-1575963510.jpg
Oxunub: 793     11:37     10 Dekabr 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məhv etdiyi sənədlərlə bağlı yeni detallar məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Konstitusiya, ictimai asayişin qorunması, terrora qarşı baş mübarizə idarəsinin bu iş üzrə sorğu-sual edilmiş sabiq rəisi, general-mayor Tiqran Barseğyan bundan öncə məhv edilmiş materialların “1 Mart” işi ilə birbaşa əlaqəli olduğunu bildirib.

Barseğyan qeyd edib ki, MTX-nin sabiq direktoru Qorik Hakobyan nəinki “1 Mart” ilə əlaqəli olan sənədləri, həmçinin dövlətə aid olan bir çox sənədləri məhv edib.

“Bunlar Ermənistandakı beynəlxalq təşkilatlar tərəfindən və ümumilikdə diplomatik qurumlar tərəfindən Ermənistanla əlaqəli olan yardımlara, Qarabağ məsələsinə, iqtisadi məsələlərə aidddir. Əgər bunlar hazırkı Baş nazirə siyasi xətti üzrə kömək edə bilərsə, mən onların aşkara çıxarılması və ictimailəşməsi üçün onların yerini deməyə hazıram”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Qalmaqal  

Erməni general-mayor MTX-nin məhv etdiyi sənədlər barədə: “Mən onların yerini deməyə hazıram”

2019/12/00-40-1575963510.jpg
Oxunub: 794     11:37     10 Dekabr 2019    