Onlar həm həyat, həm də döyüş yoldaşı olaraq Vətənin azadlığı uğrunda döyüşürdülər

2019/12/CujVO-1575962136.jpg
Oxunub: 1690     11:03     10 Dekabr 2019    
İgidlik, qəhrəmanlıq torpağa, elə-obaya bağlılığın olduğunu təsdiq edən göstəricidir. Tarix boyu Atillaları, Cavanşirləri, Meteləri, Babəkləri, Xətailəri, Cavad xanları tanımışıq, sevmişik. İgidlikdən, qəhrəmanlıqdan söz düşdükdə ağıla ilk gələn kişilər olur. Bəs, qadınlar? Bəs, İran Şahı Daranı məğlub edən Tomris, bəs, Bərdəli Nüşabə, bəs, Uzun Həsənin anası Sara Xatun, Həcər,...

Azərbaycanın tarixi qəhrəman qadınlarımızın şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr, döyüşçülər də olub.

Qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da kişilərlə qoşa yay atan, qurşaq tutub güləşən, cıdırda öndə gedən Burla xatun, Banu Çiçək, Selcan xatun kimi qəhrəman qadınlarımız haqqında məlumat verilib.

Qəhrəmanlıq rəmzi kimi tarixə düşən Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almaq üçün müdriklik və mətanət göstərib.

Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşmüş, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırıb, dünya malı üçün qan tökməkdən çəkindirib.

XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycana təcavüzü zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbək Əlincə qalasına qaçıb. Onun Təbrizdə qalan arvadı Mehrican xatun 1225-ci ildə təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvanın işğaldan azad olunmasında böyük hünər göstərib.

Atabəy Şəmsəddin Eldəgəzin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olub.

Türk dünyasının igid oğlu Koroğlunun Nigar kimi xanımı və silahdaşı var idi.

1776-cı ildə Dərbənd şəhərini idarə etmək Quba xanı Fətəli xanın arvadı Tuti Bikəyə tapşırılıb. O, ərinin döyüşdə öldürülməsi barədə şayiələrə inanmayaraq şəhəri sonadək müdafiə edib, 9 ay düşməni Dərbəndə buraxmayıb.

Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əlində silah 25 ildən artıq at belində zalımlara qarşı döyüşüb.

Artıq bizi on iki illik zaman məsafəsi ayıran XX yüzillik həm dünya, həm də Azərbaycan tarixində qanlı müharibələr əsri kimi iz buraxıb.

1941-ci il iyunun 22-si! Dünyanın az qala yarıdan çoxunu öz ağuşuna alan II Dünya müharibəsinin yeni mərhələsinin başlanğıcı. Bu müharibədə 640 min azərbaycanlı iştirak edib. Həmin qanlı müharibədə kişilərlə bərabər, qadınlarımız da böyük rəşadətlər göstərib, qələbənin təmin olunmasında canlarından keçiblər.

II Dünya müharibəsində Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinə yüksəlib. Ümumilikdə 6 uşaq anası olan L. Məmmədbəyovanın yetkinlik yaşına çatmamış 4 övladı olduğuna görə onun müharibədə iştirakına icazə verilməyib, müharibə illərində yüzlərlə desant və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollayıb. Onun tələbələri arasında 2 nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb.

Dürrə Məmmədova - Kosmodemyanskaya II Dünya müharibəsinin iştirakçısı, baş leytenant, “SSRİ tibb xidməti əlaçısı” olub. 1981-ci ildə “Azərbaycan SSR-in əməkdar səhiyyə işçisi” adına layiq görülüb.

Digər həmyerlimiz – Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri olub. O, Bakı təyyarəçilər klubunda yetişib. S. Nuriyeva 1945-ci ildən beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq edib, 1949-1968-ci illərdə Zabrat aeroportunda işləyib. Keçmiş SSRİ Ali Sovetinin deputatı seçilib, orden və medallarla təltif edilib.

Aliyə Fətulla qızı Rüstəmbəyova II Dünya müharibəsinin gedişində partizan hərəkatının iştirakçısı olub. O, müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət edib. 1941-də əsir düşüb, 1942-ci ilin əvvəllərində əsirlikdən qaçıb, Smolensk meşələrində fəaliyyət göstərən “Deduşka” partizan dəstəsinə qoşulub. Tibb-sanitar batalyonunun rəisi kimi döyüşlərin birində həlak olub.

Züleyxa Seyidməmmədova kapitan rütbəli təyyarəçimiz olub. O, II Dünya müharibəsində təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini kimi 500-dən artıq döyüş uçuşu keçirib. 1952-1975-ci illərdə Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Dövlət təltifləri var.

Ziba Qəniyeva II Dünya müharibəsində onlarla faşisti məhv etmiş azərbaycanlı snayper qadındır.

Müharibə illərində digər bir qadın qəhrəmanımız - gəmi kapitanı Şövkət Səlimova 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirib. II Dünya müharibəsində Xəzər Dəniz Gəmiçiliyində kapitan müavini və kapitan işləyib. Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olub.

Müharibədə alman faşizmi üzərində Qələbəyə qəhrəman Azərbaycan qızları öz töhfələrini veriblər. Çünki onlar qədim qəhrəmanlıq ənənəsinə malik bir xalqın qızları idilər.

Bu qəhrəmanlıq salnaməmiz yenə də davam edir. Erməni qəsbkarları 1988-ci ildə torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar. Onların həyat və döyüş yollarına bir daha qısa nəzər yetirmək yerinə düşərdi.

Qarabağ savaşında döyüşən Nigar Həmidli və Sədiyar Ramazanovun xidmətlərini unutmaq olmaz. Onlar həm həyat, həm də döyüş yoldaşı olaraq Vətənin azadlığı uğrunda döyüşürdülər.

Kəmalə Məmmədova 1991-ci ildə 18 yaşında könüllü olaraq Qarabağa döyüşə gedir. 1992-ci ildə başından güllə yarası alır, 2 ay müalicə olunduqdan sonra yenə döyüşə qayıdır. 1993-cü il Murovda gedən döyüşlərdə iştirak edir. Ağdamda döyüş mövqeyindən yaralı əsgər yoldaşlarını xilas edir. Hal-hazırda isə FHN-də xidmət edir.

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda, ziyalı ailəsində doğulub. 1979-cu ildə paytaxtdakı M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib. 1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunun 6-cı kilometrliyində, Qaladərəsi kəndi yaxınlığında azğınlaşmış erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, onun içərisində olduğu avtomaşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilib. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Paytaxtda bir küçə, Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlandırılıb.

Əsgərova Gültəkin Məlik qızı 1960–cı il noyabrın 20-də Bakıda anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili tibbi yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji Kliniki Xəstəxanada işləyib. 1992-ci ilin aprelindən könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həlak olduğu yüksəkliyə, Xəzərin sularında üzən bir gəmiyə, ailəsində isə bir körpəyə onun adı verilib.

Könül Qəhrəmanova təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanır. Könüllü olaraq Xocalıya gedir. 1991-ci ilin noyabrından 1992-ci ilin sentyabrınadək Xocalı, Ağdam, Şuşa, Goranboy və Laçın rayonlarında gedən döyüşlərdə fəal iştirak edib, yaralı əsgərlərimizə tibb bacısı kimi yardım göstərib. Qəlpə yaraları alaraq şəhid olub.

Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Bakı Ticarət Texnikumunu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb. 1991-ci ildə doğma yurdu Qazaxa qayıdıb, könüllü surətdə ana torpağın müdafiəsinə qalxıb. 1993-cü ildə Aşağı Əskipara kəndində “Kalaşnikov” markalı avtomatla xeyli sayda erməni quldurlarını öldürdükdən sonra düşmən əlinə keçməmək üçün axırıncı gülləni özünə vurub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Vəfa Mansurova 1966-cı il iyulun 23-də Qazax rayonunun Daş Salahlı kəndində, qulluqçu ailəsində anadan olub. Kənddəki 2 nömrəli orta məktəbi bitirib. Arzusu tarixçi olmaq idi. Sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə təqdim edib. Lakin Vəfa 1991-ci ildə qəbul imtahanları deyil, həyat imtahanı vermək məqsədi ilə könüllü cəbhəyə yollanıb. Özünün və silahdaşlarının gərgin əməyi ilə qərargah yaradaraq kəndin ətrafında səngərlər qazdırıb və sərhəddə gecələr gözətçi növbələri yaradıb. Kənd ziyalılarının, ağsaqqallarının köməyi ilə kənddən ianə toplatdırıb, könüllü hərbi birləşmələr üçün tank, top, qrad tipli silah, avtomat və digər silah-sursat aldırıb. Onun və silahdaşlarının sayəsində düşmən sərhəddə yerləşən Daş Salahlı kəndinə yaxın düşə bilməyib. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra qanuni çağırışçıların hesabına sərhədlərdə möhkəm nəzarət yaradılıb, Vəfa “daha qorxu yoxdur!” deyərək doğma ocağına qayıdıb.

Türk xalqına döyüş ruhu ulu babalarından mirasdır. Ələ silah alıb döyüşmək vətənsevərlikdir. Azərbaycan qadınları da eləcə. Onlar da azərbaycançılığın - Azərbaycanın ruh əsgərləri olublar, indi də ruh əsgərləridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Qəhrəman-Xalq   Qadınlarımız  

Onlar həm həyat, həm də döyüş yoldaşı olaraq Vətənin azadlığı uğrunda döyüşürdülər

2019/12/CujVO-1575962136.jpg
Oxunub: 1691     11:03     10 Dekabr 2019    