Ermənistanın MN-dən həqiqətin gözlənilməz etirafı, yaxud Freyd nəzəriyyəsi üzrə diaqnoz

2019/12/78615-1575907995.jpg
Oxunub: 3807     20:07     09 Dekabr 2019    
Dekabrın 6-da Ermənistanın “news.am” saytında Ermənistan Müdafiə Nazirinin müavini Qabriel Balayanın jurnalistlər ilə görüşündə verdiyi bəyanatlar, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin Tavuş istiqamətində ciddi irəliləməsini bildirməsi barədə məlumat verilib (https://news.am/rus/news/548505.html).

Erməni ictimaiyyətində Azərbaycan-Ermənistan sərhədində olan vəziyyət haqqında yanlış fikir formalaşdırmağa yönəlmiş bu bəyanatda “qaz xəttinin artıq erməni tərəfinin nəzarətində olması” ifadəsi diqqətimizi cəlb etdi. Çünki bu bəyanatı ilə cənab Balayan Gürcüstandan Ermənistana uzanan qaz xəttinin bir müddət öncə Ermənistan tərəfinin nəzarətindən çıxmasını etiraf etmiş oldu və bununla da Ermənistan təbliğat maşınının son aylar ərzində israrla inkar etdiyi həqiqəti ortaya çıxardı.

Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələri diqqətlə izləyənlər kimi bu bəyanatına görə nazir müavini Balayana “minnətdarlığımızı” bildirir və ona Ziqmund Freydin “Gündəlik həyatın psixopotalogiyası” əsərini oxumağı tövsiyə edirik. Ümid edirik ki, o,həmin əsərlə tanış olduqdan sonra həqiqəti etiraf etməsinin arxasında öz şüuraltı istəyinin durmasını başa düşəcək.

Bununla bərabər eksklüziv olaraq əldə etdiyimiz və 7 dekabr tarixində səhər saat 09:30 radələrində Dövlət Sərhəd Xidmətinin təmas xəttindəki sərhəd-döyüş məntəqəsindən çəkilmiş fotoşəkilləri burada məxsusi olaraq Qabriel Balayan üçün yerləşdirir və ona məşhur Azərbaycan atalar sözlərini xatırlatmaq istəyirik: “Yalan ayaq turar, amma yeriməz”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ermənistanın  

Ermənistanın MN-dən həqiqətin gözlənilməz etirafı, yaxud Freyd nəzəriyyəsi üzrə diaqnoz

2019/12/78615-1575907995.jpg
Oxunub: 3808     20:07     09 Dekabr 2019    