ABŞ və Çin Cənubi Çin dənizində hərbi insidentin bir addımlığındadır

2019/12/8ff16-1575892758.jpg
Oxunub: 1017     21:28     09 Dekabr 2019    
“Cənubi Çin dənizində Birləşmiş Ştatlarla Çin donanmaları arasında böyük insident riski var. Buna səbəb isə ABŞ-a getdikcə daha çox qərarvermə sərbəstliyinin verilməsidir”.

Bu ifadələr mərkəzi Çində yerləşən beyin mərkəzi, Pekin Universitetinin Cənubi Çin Dənizi Strateji Vəziyyətin Öyrənilməsi Təşəbbüsü tərəfindən yayımlanan hesabatda qeyd edilib. Bildirilib ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası ABŞ ordusunun sözügedən mübahisəli regiondakı fəaliyyətləri üzərində nəzarətini getdikcə itirir: “ABŞ ordusu Cənubi Çin dənizində hərbi əməliyyatlarını intensivləşdirməyə davam edir. Onlar sülh və münaqişə arasındakı boz zonanı davamlı olaraq yoxlayır, Çinin dib xəttini sınaqdan keçirirlər. Bu isə əvvəlcə kiçikmiqyaslı konfliktə, sonra isə müharibəyə səbəb ola bilər”.

ABŞ donanması 2015-ci ildən etibarən adıçəkilən dənizdə Çinin nəzarətində olan adalar yaxınlığında sərbəst dənizçilik adı altında əməliyyatlar keçirir. Sabiq prezident Barak Obamanın dövründə 4 belə əməliyyat keçirilmişdisə, Donald Tramp zamanı bu say artıq 11-ə çatıb. Mərkəzin direktoru Hu Bo bildirir ki, Obama dövründə bu əməliyyatların daha böyük strateji əhəmiyyəti var idi və yüksək səviyyəli postlardan idarə edilirdi. Tramp administrasiyası isə Hind-Sakit Okean Komandanlığına daha geniş səlahiyyətlər verdi. Bu isə riskləri və qarşıdurma təhlükəsini xeyli artırır. Hu Bonun sözlərinə görə, ABŞ-da illik müdafiə planı və büdcəsi qəbul edildikdən sonra buradakı əməliyyatlara çox az diqqət yetirilir.

Xatırladaq ki, bu vaxta qədər ABŞ donanmasının Hind-Sakit Okean Komandanlığının yüksək səlahiyyətli rəsmiləri, məsələn keçmiş komandan Harri Harris, onun xələfi Filip Davidson, dəniz əməliyyatları şefi Con Riçardson regiondakı fəaliyyətlərinə qarşılıq olaraq Çinə qarşı daha sərt addımların atılacağını söyləyiblər. Hu donanmanın qərarvermə zəncirindəki çox sayda fiqurun tez-tez belə bəyanatlar verdiyini xatırladır.

Əsas təhlükə isə Çin ordusunun bu fəaliyyətlərə cavab vermək istəyi baş qaldırdıqda meydana gələ bilər. Çin Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Mərkəzinin direktoru Zhou Bo bildirib ki, Çin donanması ABŞ-ın mübahisəli sulardakı fəaliyyətlərinə daha çox dözmək niyyətində deyil.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Çin  

ABŞ və Çin Cənubi Çin dənizində hərbi insidentin bir addımlığındadır

2019/12/8ff16-1575892758.jpg
Oxunub: 1018     21:28     09 Dekabr 2019    