ABŞ-dan Avropaya NATO ismarıcı: Vaşinqton Trampdan daha artığıdır

2019/12/44658-1575892642.jpg
Oxunub: 820     19:16     09 Dekabr 2019    
NATO-nun həll edilməsi hələlik mümkün olmayan uzun müddətli problemləri var, lakin ABŞ-ın paytaxtındakı bu həftə alyansın 70 illiyi ilə bağlı keçirilən konfransda NATO ən azından Vaşinqtonun onun arxasında olduğunu zəmanətə alıb.

Tramp administrasiyası davamlı olaraq NATO-nun avropalı üzvləri, xüsusilə Almaniyanı müdafiə xərcləri üzərində sərt şəkildə tənqid edir, bu xərclərin artırılmalı olduğunu söyləyir. Eyni zamanda həmin üzv dövlətlər və xüsusilə Almaniya bu prosesin artıq başlandığını və gələcəkdə də davam etdiriləcəyi ilə özlərini müdafiə edir. Bunların fonunda ABŞ-ın NATO-ya dəstəyinin davamlılığı ilə bağlı o qədər də səsləndirilməyən, amma ciddi narahatlıq doğuran suallar var. Bu mənada NATO-nun 70-ci ildönümü ilə bağlı keçirilən görüş də Tramp dövründəki digər görüşlərdən çox da fərqlənmədi.

Buna baxmayaraq, Barak Obama iqtidarında ABŞ-ın NATO yanındakı nümayəndəsi kimi çalışmış Duqlas Lyut budəfəki görüşün pozitiv notlarla tamamlandığını düşünür: “Zənnimcə ABŞ-dan dünyaya verilən mesajlar etimad, inam yaratdı. Bunun üçün Oval Ofisdən kənara baxmaq lazımdır. ABŞ Konqresi NATO-ya daimi olaraq möhkəm və sarsılmaz dəstək nümayiş etdirir”.

ABŞ-ın vitse-prezidenti Mayk Pens öz nitqində Trampın Almaniya ilə bağlı tənqidini bir daha dilə gətirsə də, Mayk Pompeo bir qədər daha yumşaq ton seçdi və Almaniyanın üzərinə gəlmədi. “RAND Corporation” beyin mərkəzinin siyasi təhlilçisi Ali Uyni bildirib ki, Yens Stoltenberqin səsləndirdiyi nitq də böyük diqqət və dəstəklə qarşılandı və bu, Trampın ritorikasına baxmayaraq, alyansa böyük dəstəyin davam edəcəyini göstərir. Bunu ABŞ-ın Şərqi Avropadakı möhkəmlənməsində də görmək olar.

Lyut NATO XİN rəhbərlərinin Vaşinqtonu daha müsbət aura ilə və inamlı tərk etdiklərini və Amerikanın alyans qarşısındakı öhdəliklərinə sadiq qalacağından əmin olduqlarını düşündüyünü bildirib. Onun sözlərinə görə, bu iki günlük konfransda alyansın dəyəri bir daha xatırlanıb, NATO-nun Avropanın maraqlarında olduğu qədər, həm də Amerikanın həyati milli maraqlarında olduğunun vurğulanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   ABŞ   Avropa  

ABŞ-dan Avropaya NATO ismarıcı: Vaşinqton Trampdan daha artığıdır

2019/12/44658-1575892642.jpg
Oxunub: 821     19:16     09 Dekabr 2019    