Paşinyan Sarkisyanın işi barədə danışıb və etiraf edib

2019/12/18777-1575886429.jpg
Oxunub: 746     15:10     09 Dekabr 2019    
“Serj Sarkisyana qarşı irəli sürülmüş ittiham barədə bəzi reaksiyalar məni təəccübləndirib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, 400 milyon drama görə Serj Sarkisyana qarşı ittiham irəli sürməyin gülməli olduğunu söyləyirlər.

“Mən başa düşürəm, elə insanlar var ki, onlar korrupsiyaya qarşı mübarizəni tamaşaçının tələbləri olan konsert kimi təsəvvür edirlər”, - deyə Paşinyan bildirib.

Paşinyan həmçinin ötən həftə Ermənistan parlamentində verdiyi açıqlama barədə də danışıb.

“Mən dövlət büdcəsində bir luma (luma Ermənistanın dəmir pul vahididir - red) belə oğurlamıram, lakin həm də bilirəm ki, Ermənistanın dövlət vəsaitləri 100 faiz səmərəliliklə xərclənmir. Bu, həmçinin Baş nazirlə bağlı xərclərə aiddir. Lakin demək istəyirəm ki, bu da şəxsən mənim gündəm məsələmdir. Etiraf etmək istəyirəm ki, mən hər zaman bununla kifayət qədər intensivliklə məşğul olmamışam”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Sarkisyan  

Paşinyan Sarkisyanın işi barədə danışıb və etiraf edib

2019/12/18777-1575886429.jpg
Oxunub: 747     15:10     09 Dekabr 2019    