Erməni politoloq: “Paşinyan Daşnaksütuna qarşı ucuz təbliğat aparır və daxildən parçalamağa çalışır”

2019/12/paşi-1575713289.jpg
Oxunub: 696     20:07     09 Dekabr 2019    
“Daşnaksütunun ideyaları (sosializm və inqilab) rus çarı Nikolaya xoş gəlmirdi, çünki bu ideyalar o dövrün rus inqilabçılarının ideyalarına uyğun deyildi”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Andranik Tevanyan öz “Facebook” səhifəsində “Nikolaydan Nikola qədər” başlıqlı yazıda qeyd edib.

O qeyd edib ki, Daşnaksütun bolşeviklərə də xoş gəlmirdi: “Müstəqil ideyalar üçün Erməni Ümumilli Hərəkatı” Levon Ter-Petrosyanın başçılığı altında Daşnaksütuna qarşı şiddətli mübarizə aparırdı”.

Politoloqun sözlərinə görə, Paşinyan Daşnaksütuna qarşı ucuz təbliğat aparır və onu daxildən parçalamağa çalışır.

“Cəhd uğursuzdur, çünki minalar onların özünə zərər vuraraq partladı. Burada ideoloji məsələ yoxdur, çünki Ermənistanın hazırkı hakimiyyəti populistdir, bu isə o deməkdir ki, sabit ideyalar yoxdur. Bir gün Ermənistanı dənizdən-dənizə, növbəti gün göldən-gölə təbliğ edə, qərar qəbul etmək məzuliyyətindən yayınmağa çalışaraq hər gün Azərbaycanı xalqının da təmin edilməli olduğunu təkrar edə bilərlər. Paşinyanın Daşnaksütun ilə mübarizəsi şəxsi hesablaşmalar və kürsü sevgisi ilə şərtlənib. Başqa heç nə. Bir sözlə, Nikolaydan Nikola qədər Daşnaksütuna qarşı mübarizə aparılıb. Onlar haradadırlar və “xalq”ın Baş naziri müəyyən müddət sonra harada olacaq? Təxmin etmək çətindir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Daşnaksütun  

Erməni politoloq: “Paşinyan Daşnaksütuna qarşı ucuz təbliğat aparır və daxildən parçalamağa çalışır”

2019/12/paşi-1575713289.jpg
Oxunub: 697     20:07     09 Dekabr 2019    