Rusiyanın Şimal donanması S-400 hava hücumundan müdafiə sistemləri ilə təchiz ediləcək

2019/12/5dee1-1575885781.jpg
Oxunub: 1659     18:02     09 Dekabr 2019    
Yaxın bir neçə ildə Rusiyanın Şimal donanmasının zenit-raket alayı ən müasir S-400 hava hücumundan müdafiə sistemləri ilə təchiz ediləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimali Donanmasının komandiri Aleksander Moisev məlumat verib.

Onun sözlərinə görə, Arktikada yerləşən Rusiya zenit raket qüvvələri və radiotexniki qoşunlarına Rusiyanın ən inkişaf etmiş uzun mənzilli hava hücumundan müdafiə raket sistemləri təhvil veriləcək.

Qeyd edək ki, bir sıra analitiklərin fikrinə görə, Arktika geniş mənbələrə və coğrafi mövqeyinə görə strateji əhəmiyyətə malikdir. Rusiya son illərdə Arktikada hərbi iştirakını artırır, bazalar, aerodromlar tikir və təmir edir, həmçinin qazandığı qaynaq bölgəsində Qərb ölkələrinin artan hərbi fəallığına cavab olaraq ən yeni texnikasını yerləşdirir və təlimlər keçirir.

Moisevin sözlərinə görə, hazırda Arktikada Rusiya qoşunları ilə birlikdə yerləşdirilən yeni texnologiya və silahların payı təxminən 60 faiz təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   S-400  

Rusiyanın Şimal donanması S-400 hava hücumundan müdafiə sistemləri ilə təchiz ediləcək

2019/12/5dee1-1575885781.jpg
Oxunub: 1660     18:02     09 Dekabr 2019    